Açiq mənbələrdən foto.
Yüksək vəzifəli İsrailli diplomat Hikmət Hacıyevə zəng edib
Bakı/21.11.22/Turan: Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.
"Bu gün baş tutan telefon danışığı zamanı İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər", deyə səfir Corc Dik qeyd edib.
Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib. 03
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz