Abbas Hüseynovun anası oğlunun azad edilməsi xahişi ilə prezidentə müraciət edib
- Söz istəyirəm
- 18 Yanvar 2024, 14:57
- 4299
Abbas Hüseynovun anası oğlunun azad edilməsi xahişi ilə prezidentə müraciət edib
Müsəlman Birliyi Hərəkatının həbsdə olan keçmiş funksioneri Abbas Hüseynovun anası Rəhimə Hüseynova Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun azad edilməsini xahiş edib.
“Son çarə olaraq,üzümü sizə tutub müraciət edib xahiş edirəm ki, övladımın azad edilməsi üçün lazımı göstərişləri verəsiz. Çünki vətənimizdə məhbusların azadlığa buraxılması sizin iradəniz əsasında baş verir, bu günə kimi minlərlə məhkumun azadlığa buraxılmasında vasitəçi olmusunuz. Və qarşıdakı günlərdə imzalana biləcək əfv sərəncamında balamın da adın görmək mənim arzumdur. İnanıram ki, iradəniz əsasında övladıma qovuşmaq mənə də nəsib olacaq”, Rəhimə Hüseynovanın müraciətində qeyd edilir.
Abbas Hüseynov 2015-ci il noyabrın 26-da "Nardaran hadisələri" zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. O, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, ittihamların heç birini qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.
Hüseynov cəzasını qapalı rejimli həbsxanada çəkir.
“Oğlumun həbsdə olduğu 8 ildə nə onun, nə də mənim, ailəmizin günü-güzaranı olmayıb. 8 ilin hər bir günü, saatı mən nigarançılıq içində olmuşam. Çünki həbs olunan insan ilə birlikdə sanki onun ailəsi də qazamata salınmış kimi olur”, ana qeyd edib.-03-
-
- Cəmiyyət
- 18 Yanvar 2024 14:53
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz