Əli Kərimli. Turan
Bir anlığa təsəvvür edin ötən ilin yayında AXCP üzvlərinə və rəhbərliyinə qarşı irəli sürülən ölkənin konstitusiya quruluşunun zorla devrilməsi özündə ehtiva edən hay-küylü Gülən ittihamı hazırda hansı gülməli vəziyyətə düşüb.
Ölkənin iki mötəbər qurumu: DİN və Baş prokurorluq xüsusi bəyanatla çıxış edib Xalq Cəbhəsini guya Fətulla Gülənin təlimatı ilə ölkənin konstitusiya quruluşunu zorla devirmək cəhdində ittiham etmişdilər. Bu məqsədlə mobil telefon şirkətlərinin birində çalışan Cəbhənin gənclər təşkilatının üzvü Fuad Əhmədli saxta Gülənçi ittihamı ilə həbs edilmiş, AXCP sədrinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli isə hətta Fətulla Gülən şəbəkəsinin hizmət imamı elan edilmişdi.
Ötən ilin avqust ayında onun dini ayinlər adı altında vətəndaşların hüquqlarına qəsd etmək, KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması ittihamı ilə haqqında həbs qəti imkan tədbiri seçilmişdi. Xalqı bu sərsəm ittihama adaptasiya etmək üçün YAP Siyasi Şurasının üzvü professor Zahid Qaralovun redaktorluğu və ön sözü ilə Fətulla Gülən əfəndinin Bakıda hakimiyyətə yaxın nəşriyyatda çap edilmiş kitablarını da Faiqin maşınının yük yerinə doldurmuşdular.
Əlbəttə, Azərbaycan hüquq mühafizə orqanlarının bu "əməliyyatının" başlıca hədəfi AXCP sədri Əli Kərimli idi və qardaş Türkiyədə baş vermiş darbədən qisas məqamı kimi istifadə edən dargödən "generallarımız" xüsusi planlar cızıb Əli Kərimli ilə birdəfəlik qurtarmaq istəyirdilər. Zatən son il yarımda 3 dəfə ölkənin konstitusiya quruluşunun devrilməsinə cəhd kimi saxta əməliyyatların hazırlanması da buna dəlalət edir. Ona görə yaxın vaxtlarda Baş prokurorluq, DİN və Təhlükəsizlik orqanları, hava məkanına cavabdeh olan Sərhəd xidməti ilə birlikdə günəşin, və ya ayın tutulmasında Əli Kərimlini günahkar bilib ölkədə konstitusiya quruluşunu devirmək üçün qaranlıq mühit yaratmaqda ittiham etsə, təəccüblənmək lazım deyil.
Nardaran faciəsindən, Gülən avantürasından, Gürcüstan rüsvayçılığından bunun nəyi təəccüblüdür ki? Lakin nəzəri cəhətdən təmtəraqlı görünən Gülən avantürası görün necə iflasa uğradı. Gülənçi kimi ölkənin konstitusiya quruluşunun zorla devrilməsinə hesablanmış bir əməliyyat məhkəmədə Fuad Əhmədlinin kiminsə telefonunda kontur olub olmamasını öyrənmək ittihamı ilə yekunlaşdı və bu "kontur-gülənçi" ittihamı ilə cəbhəçi bir gənci utanıb-qızarmadan 4 azadlıqdan məhrum etdilər.
İndi görün DİN və Baş prokurorluğun hizmət imamı elan etdikləri Faiq Əmirli ilə bağlı məhkəmədə nələr baş verir? Adamın imam kimi zühur edib dövlət çevrilişinə "çağırış" etməsi, öz xütbələrində dini ədavət "salması" qalıb bir tərəfə, kitab reklamına görə redaksiyaya bir nüsxə kitab hədiyyə edilməsindən, 2002-ci ildə sənəd itkisinə görə "Azadlıq" qəzetində verilmiş 2 manatlıq elanı 10 il sonraya çəkib 2011-ci ilə sənədləşdirməklə Faiq Əmirli üçün "suç" düzəldirlər. Bəs, milli, irqi, sosial, dini ədavət salmaq harada qaldı? Amma doğrusu, bütün bunları etməkdən ötrü çox utanmaz olmaq lazımdır. Çox!
-
- Cəmiyyət
- 20 İyun 2017 11:05
Söz istəyirəm
-
Dörd il əvvəl 7 minə yaxın insanın həlak olduğu İkinci Qarabağ müharibəsi başa çatdı. Daha sonra ermənilər Azərbaycanın "antiterror əməliyyatları" adlandırdığı döyüşlər nəticəsində Qarabağı tərk etdilər.
-
Ukraynada Rusiya təcavüzünün səbəb olduğu vəhşi, qanlı müharibə davam edir, bu müharibə hər gün insan həyatına son qoyur, evləri, infrastrukturu dağıdır, ekologiyaya və ətraf təbii mühitdə saysız-hesabsız itkilərə səbəb olur. Ukrayna bu dünyada hər kəsdən çox sülhə can atır, çünki bu Rusiya-Ukrayna müharibəsinin vəhşiliyini hər gün hiss edən bizik. Biz yaşamaq hüququ, azadlıq və ədalət uğrunda mübarizənin önündəyik. Ukrayna Avropanın və dünyanın sabit gələcəyi üçün etibarlı əsasa çevriləcək ədalətli sülh axtarır və buna yeganə alternativ yol Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasıdır (Ukrayna Sülh Formulası).
-
Sıra nömrəsindən asılı olmayaraq, ümumdünya COP tədbiri yalnız iqlim dəyişikliyinə deyil, həm də humanizmə xidmət edən bir aksiyadır. COP keçirən ölkədə siyasi məhbus ola bilməz, COP keçirən ölkə insan haqlarına hörmət etməlidir.
-
Bakını qərq etməkdə olan miqyaslı daşqın ərəfəsində Buzovna qəsəbəsində narahatedici hadisə baş verdi, Lada Priora avtomobili qarşısındakı yolu dağıdaraq sanki yerin altına girdi. Sürücü möcüzəvi şəkildə sağ qaldı, lakin ədalətə nail olacağına and içdi və "Azərsu" ASC-dən - dərin kök salmış korrupsiya ilə tez-tez assosiasiya olunan dövlət su təchizatı və kanalizasiya şirkətindən prokurorluğa rəsmi şikayət verəcəyini vəd etdi.
Rəy yaz