- Söz istəyirəm
- 29 May 2013, 0:27
- 187
Demokratik Qüvvələrin Milli Şurası yaradılıb
Aparıcı siyasi partiyalar, hərəkatlar və ictimai birliklərin Demokratik Qüvvələrin Milli Şurasının tərkibinə irəli sürdüklərin namizədlərin müzakirəsi başa çatıb.
Son illərdə ilk dəfə olaraq belə bir geniş siyasi koalisiya yaradılıb. Şuraya Təsis Bəyannaməsini imzalayan müxtəlif peşə, sosial qrup, yaş və dünya görünüşünə malik insanlar daxildir. Təsis Bəyannaməsində gələcək işin əsas istiqamətləri əksini tapıb. Əsas məqsəd 2013-cü il prezident seçkilərinin azad və ədalətli keçirilməsi uğrunda mübarizədir.
Milli Şuranın tərkibi və Təsis Bəyannaməsi yaxın günlərdə gələcəkdə dərc olunacaq.
Demokratik Qüvvələrin Milli Şurasının yaradılması korrupsiya və avtoritar rejimə qarşı nüfuzlu qüvvələrin birliyindən xəbər verir. Bu ümid etməyə əsas verir ki, onun fəaliyyəti həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bütün demokratik ruhlu qüvvələr tərəfindən dəstəklənəcək. Demək olar ki, yüz il əvvəl Şərqdə ilk demokratik respublikanı quran xalq sübut edəcək ki, tarixi təsadüflər olmur.
28 may 2013-ci il
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz