- Söz istəyirəm
- 5 Avqust 2014, 13:22
- 143
Əvəz Zeynallı şəhid ailələrinə başsağlığı verib
Hazırda 10 saylı CÇM-də məhkumluq həyatı yaşayan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ailəsi vasitəsilə cəmiyyətə müraciət edib və şəhid ailələrinə başsağlığı verib.
Əvəz Zeynallının müraciətində deyilir:
“Atılan hər bir gülləni, Vətənin oğullarına tuşlanan hər bir qəlpəni ürəyimizdə, qəlbimizdə hiss edirik. Vətən uğrunda, ərazi bütövlüyümüzü təmin etmək yolunda şəhid olanları ölü hesab etmirik. Allahdan şəhid ailələrinə səbr və dözüm arzulayır, onlara və bütün Azərbaycan xalqına baş sağlığı veririk. Vətən sağ olsun! Hamımız bilməliyik ki, Vətən bu şəhidlərlə yaşayacaq! Torpaqlar bu şəhidlərlə qaytarılacaq!”
Ə.Zeynallı cəmiyyətə də müraciət edib.
Müraciətdə deyilir :
“Bu ağır və çətin günlərdə iqtidar-müxalifət, gənc-qoca, uşaq-böyük demədən hamı bir yumruq kimi bir və güclü olmalıdır. Xırda incikliklər, böyük siyasi ehtiraslar bir kənara atılmalı, Azərbaycanın əleyhinə fəaliyyət göstərən böyük və məkrli qüvvələrə imkan və meydan verilməməli, 9 milyon vətən övladı vahid və tək cəbhədə birləşib, dövlətə və dövlətçiliyə sahib çıxmalı, onun ətrafında sıx birləşməlidir. Biz torpaqları azad etməyə hazır olmalı və onu azad etməliyik. Baxmayın ki, həbsdəyəm. Gərəkən qərar və siyasi iradə nümayiş etdirilsin, dərhal əlimdəki qələmi silahla dəyişdirməyə hazıram.
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz