"Əxlaqazidd" boru kəmərinin tikintisi dayandırılıb
Bir sıra nəşrlərdən sonra Buzovna qəsəbəsində "Azərsu" ASC-nin dövlət şirkətinin adı açıqlanmayan sifarişçilər üçün "əxlaqazidd" boru kəmərinin tikintisi, anidən başladığı kimi, anidən də dayandırılıb.
Bir müddət əvvəl Turan-ın yazdığı kimi, iyulun son ongünündə sakinləri gündə cəmi 1-2 saat verilən texniki suyun belə çatışmamasından əziyyət çəkən Buzovna qəsəbəsində yüksək vəzifəli məmurların villaları üçün xüsusi şollar su borusu kəmərinin tikintisinə başlanılıb.
İşlər yarımçıq yerinə yetirilib. Bəzi yerlərdə Azərsu yalnız qazılmış və sonradan üstü örtülmüş xəndəklərin üstünə asfalt çəkib. İnşaatçılar daş yığınlarını yığışdırmayıblar.
Qanunla ayrılmış müddətin keçməsinə baxmayaraq, Azərsu indiyədək Turan-ın su kəməri tikintisinin sifarişçisi və layihənin zəruri texniki sənədləri ilə bağlı sorğusuna cavab vermir.
Elə həmin Azərsu-nun günahı ucbatından qəsəbə sakinləri kifayət qədər su almır, eyni zamanda boru kəmərlərindən daim su sızması ilə əlaqədar yolun asfalt örtüyü dağılır, çuxurlar əmələ gəlir və kanalizasiya quyuları dağılır.
Yerli icra və bələdiyyə orqanları da Azərsu kimi susur.
Əvvəlki nəşr:
http://www.contact.az/docs/2016/Want%20to%20Say/080500164609az.htm#.V7aSKvmLTIU
Söz istəyirəm
-
1988-ci ilin sonlarında “Molodyoj Azerbaydjana” qəzetinin redaksiyasına yaraşıqlı idmancı cüssəli bir nəfər gəldi. Qəzetin redaktoru Nəcəf Nəcəfov olduqca tələbkar və demokratik adam idi. Gələnin materiallarına baxandan sonra ona müəllif kimi əməkdaşlıq etməyi təklif etdi.
-
Turan agentliyi fəaliyyətini dayandırdı. Yaxud dayandırmağa məcbur oldu. Açığı, əslində indi bunun hansının baş verdiyini dartışmağın və qəti müəyyən etməyin elə bir fərqi yoxdur. Doğrudur, birinci könüllülüyü, ikinci isə məcburiliyi bildirir, amma yenə də.
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
Buzovna hələ də cavab gözləyir: Ombudsman şikayəti nəzarətə götürüb, lakin ekoloji və yol problemləri həll olunmayıb
-
Buzovna Is Still Waiting for Answers: Ombudsman Takes Complaint Under Review, but Environmental and Road Problems Remain Unresolved
-
Бузовна всё ещё ждёт ответов: омбудсмен взял жалобу под контроль, но экологические и дорожные проблемы не решены
Gündəmdə
Rəy yaz