İslahatlar başladı?
Gizli mənalarını anlamağa çalışsaq, bugünki fərmanlardan belə bir nəticə çıxarmaq olar ki, islahatların əsas əyləci və sabotajçısı Şahin Mustafayev imiş.
Ölkə prezidentinin oktyabrın 16-da iqtisadi müşavirədəki məşhur çıxışında bir sıra hökumət üzvlərini islahatları sabotaj etməkdə və gənc kadrların önünü kəsməkdə ittiham etməsini yada salsaq belə bir nəticə çıxarmaq olur.
Mustafayevin az əhəmiyyətli baş nazirin müavini vəzifəsinə gedişi və öz vəzifəsini Vergilər Nazirliyi və Dövlət Əmlak Komitəsi ilə birlikdə Mikayıl Cabbarova təhvil verməsi çox şeydən xəbər verir.
Məntiqən, yerdəyişmələr, istefalar və birləşmələr yenə davam edəcəkr, amma söhbət ondadır ki, kimi kimə və nəyi haraya birləşdirəcəklər.
Amma aparat oyunları, nazirlərin dəyişdirilməsi, struktur dəyişiklikləri müsbət nəticə zəmanəti deyil.
Strategiyanın keyfiyyətini o zaman qiymətləndirmək olar ki real strategiya olsun. Hələlik isə yalnız şüarlar səslənir: inhisarçılığa qarşı mübarizə ! istehsalçının müdafiəsi ! şərait yaradılması ! kredit verilmısi !
Bu şuarlar illərdir ki təkrarlanır, amma ya açılan bu atəşlər boşdur, ya da atəş hədəfdən yan keçir. Deyəsən, yeganə uğurlu atış Ramiz Mehdiyevin vəzifədən azad edilməsi olacag.
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz