- Söz istəyirəm
- 17 Noyabr 2015, 13:59
- 211
Leyla Yunusun vəziyyəti yenidən pisləşib
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ağır olaraq qalır və pisləşir. Bu barədə Turan-a onun vəkili Elçin Qəmbərov bildirib.
Onu tibb məntəqəsinə köçürmürlər, üstəlik oktyabrın 30-da alman həkim Vittin yazdığı dərmanları da vermirlər. L.Yunusun tibb məntəqəsinə köçürülməsi barədə çoxsaylı müraciətlər cavabsız qalıb”, - vəkil qeyd edib.
Ağır fiziki durum L.Yunusun psixoloji vəziyyətinə də təsir göstərib. Doktor Vitt müayinədən sonra deyib ki, onu tibb məntəqəsinə yerlədirməkdən imtina edən həkimlərin hərəkəti xəstəyə siyasi təzyiqdən başqa bir şey deyil”, - E.Qəmbərov bildirib və bu cür davranışı “açıq işgəncə” adlandırıb.
Xatırladaq ki, 60 yaşlı L.Yunus hepatit C və diabetin ağır formasından əziyyət çəkir. Dünya ictimaiyyətinin çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət L.Yunusu azad etmir və onun siyasi məhbus kim tanımaqdan imtina edir.
Lakin ötən həftə onun həyat yoldaşı Arif Yunus ölkədən çıxmamaq barədə iltizamla həbsdən azad edilib.02D-
-
- İqtisadiyyat
- 17 Noyabr 2015 13:54
-
- İqtisadiyyat
- 17 Noyabr 2015 14:04
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz