Rusiya sərhədçiləri Azərbaycanda brakonyerlik edir?
İyulun 27-də saat 2:30-da Rusiya sərhədçiləri Qafqaz dağ keçiləri sürüsünə atəş açıb, Azərbaycanın İlisu qoruğunda bir neçə heyvanı öldürüb. Bu zaman sərhədçilərdən biri Rusiya-Azərbaycan sərhədində trianqulyasiya nişanının (dağın zirvəsində metal piramida) yanında keşik çəkirdi, dörd atlı əsgər isə Azərbaycan ərazisinə daxil olub və vəhşi heyvanlara atəş açıb. Daha sonra onlar cəld bir şəkildə ölmüş dağkeçilərinin yanına düşüblər, bir neçə böyük ət parçası kəsərək sürətlə Rusiya tərəfə keçiblər.
Bu barədə Turan agentliyinə sərhəd İlisu kəndində olan bloger Kamal Əli bildirib.
Yerli sakinlərə istinadla o bildirib ki, Azərbaycan tərəfə qanunsuz keçmə və İlisu qoruğu ərazisində brakonyerlik halları nadir deyil. Həm də RF sərhədçiləri apara biləcəklərindən daha çox heyvan öldürürlər.
Azərbaycan sərhəd qarovulu İlisu kəndində, sərhəd xəttindən uzaqda yerləşir, bu da rusların özlərini hətta Azərbaycan qoruğunda ev sahibi kimi hiss etməsinə imkan verir.
Faktla bağlı Azərbaycan Sərhəd Xidmətindən şərh almaq mümkün olmayıb.
* İlisu dövlət təbiət qoruğu 1987-c ildə Azərbaycanın Dağıstan ərazisi ilə həmsərhəd olan Qax rayonunda yaradılıb.Qoruğun ərazisi 17 381 ha təşkil edir. -02В-
-
- İqtisadiyyat
- 29 İyul 2015 13:55
-
- Cəmiyyət
- 29 İyul 2015 15:17
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz