- Söz istəyirəm
- 23 Avqust 2016, 11:47
- 166
Taleh Bağırzadəyə məktub
Əziz Taleh!
Nəhayət, sizə yaza bilirəm və bütün bu vaxt ərzində sizin, yoldaşlarınızın səhhəti üçün narahat olduğumu söyləyə bilirəm.
Bağışlayın ki, uzun müddət yaza bilmədim. Öncə hospital, sonra da az qalmışdılar sıradan çıxarsınlar. Ancaq mənim kimi veterenları sıradan çıxarmaq asan deyil. Sizin məruz qaldığınız işgəncələr barədə oxumaq belə qorxulu və dəhşətlidir.
Mən həmişə hesab etmişəm ki, insanlar müsəlman, xristian, yəhidi, ateistlərə bölünmür, millətlər azərbaycanlı, rus, alman, erməniyə bölünmür...Var insanlar və insan olmayan pislər. Əgər biz bir-birimizi dəstəkləməsək, insan olmayanlar bizi məhv edər. Bakıda gündəlik həbslər barədə oxuyarkən aydın başa düşürsən ki, məhz insanların bir olmaması pisliklərə yol açır.
Əziz Taleh,
Yaxın günlərdə “Uran” əməliyyatına başlayıram, 1942-ci il noyabrın 19-da başlanmış əməliyyata (İkinci Dünya Müharibəsinin tarixini tap və 1939-1945-ci illərdə baş vermiş hərbi əməliyyatlar haqda diqqətlə oxu). Bağışla ki, nə etmək fikrində olduğumu başqa cür izah etmək imkanlarım yoxdur.
Taleh, siz çox güclü və cəsur insansınız. Sizin kimi insanlar öz xalqlarının tarixində şərəf və igidlik idealları kimi qalır..
Möhkəm olun.
Sizin Leyla Yunus
-
- İqtisadiyyat
- 23 Avqust 2016 11:09
-
- İqtisadiyyat
- 23 Avqust 2016 12:41
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz