- Sual-cavab
- 3 Oktyabr 2012, 15:00
- 89
N.Məhərrəmli: Prezident seçkiləri ərəfəsində xarici telekanallar üçün məhdudiyyətlər olacaq
Milli telekanallarının Azərbaycan ərazilərinin 100%-də yayımlanmasına nail olmaq niyyətindəyik, deyə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli obyektiv.tv-yə müsahibəsində bildirib.
Bundan başqa, ölkənin bütün əhalisinin rəqəmsal yayıma çıxışı olmalıdır. Onun sözlərinə görə, bunun üçün bütün zəminlər var. Bu mühüm problemin həlli üçün dövlət başçısının administrasiyasına, parlamentə, Rabitə Nazirliyinə və digər idarələrə müraciətlər göndərilib. Maliyyə Nazirliyi istisna olmaqla, bütün instansiyalar razılıq verib, “məsələnin qiyməti” cəmi 5-6 mln. manat təşkil edir. Bu vəsait 130 min aztəminatlı ailə üçün dekoder alınması üçün lazımdır.
Məhərrəmli problemin həlli üçün yerli müəssisələrə yerli dekoderlərin istehsalı üçün vəsait ayrılmasını lazım bilir. Bu zaman onlar 20-30 manat deyil, daha ucuz olacaq və yeni iş yerləri açılacaq.
Rəqəmsal yayıma keçid keyfiyyəti yaxşılaşdıracaq və tamaşaçılar bunu dərhal hiss edəcəklər. Bundan başqa, reklam, ticarət xidmətləri, nəqliyyatın hərəkət cədvəli kimi əlavə xidmətlərdən və digər məlumatlardan istifadə mümkün olacaq.
Tamaşaçılar özləri lazım olan proqramları sifariş edə biləcəklər, çünki tezliklərin sayı çoxalacaq.
Analoq yayımda “bir tezlik-bir kanal” prinsipi işləyirsə, rəqəmsal yayıma keçid bir tezlikdə 12-yə qədər telekanalın yayımlanmasına imkan verəcək. Minimum paketə 10 kanal – 9 milli və Türkiyənin TRT-1 kanalı daxil olacaq. Paytaxt sakinləri regional televiziyaya pulsuz çıxış əldə edəcəklər. Ödənişli xidmətlər də olacaq – kabel televiziyası operatorları şəbəkəsi bunun üçün fəaliyyət göstərir.
Məhərrəmli hesab edir ki, 9 milli yayımçı Azərbaycan üçün kifayətdir. Etik norma və qaydalara riayət olunmasına toxunan Məhərrəmli qeyd edib ki, MTRŞ “milli-mənəvi dəyərləri” pozanları cəzalandırmaq üçün kifayət qədər vasitəyə malik deyil.
2013-cü il prezident seçkiləri ərəfəsində yerli telekanalların yayım hüquqları məhdudlaşdırılmayacaq, lakin beynəlxalq və xarici telekanallar üçün normativlər tətbiq ediləcək. Lakin bu, siyasi sabitlik tələblərindən irəli gəlir və ayrı-seçkilik mənasına gəlmir. Eurovision-2012, dünya idman turnirləri zamanı istənilən arzu edən telekanal milli şuradan yayım icazəsi alıb, deyə Məhərrəmli bildirib. -17D-
https://www.youtube.com/v/DzqToAxZS3o?version=3&hl=en_US
-
- İqtisadiyyat
- 3 Oktyabr 2012 14:57
-
- Cəmiyyət
- 3 Oktyabr 2012 15:15
Sual-cavab
-
Dövlət Departamentinin nümayəndəsi, Avropa və Avrasiya məsələləri üzrə Büronun Avropa təhlükəsizliyi və siyasi məsələlər İdarəsinin direktoru Liam Uesli Turan-ın Vaşinqtondakı müxbiri Aleks Raufoğlu ilə müsahibəsində NATO-nun Ukraynanın müdafiəsi ilə bağlı planları haqqında danışıb.
-
Ölkənin ən təcrübəli dövlət və siyasət adamlarından biri Sadettin Tantan Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı
-
Al-Jazeera kanalı Türkiyə bürosunun əməkdaşı Yılmaz Akıncı “Peşimdeki melek” adlı xatirələr kitabının işıq üzü görməsindən sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı
-
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fonduna rəhbərlik edən nüfuzlu ekspert Sabit Bağırov Turan agentliyinə eksklüziv müsahibəsində BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının tərəflərin 29-cu Konfransının (KX29) ev sahibi kimi ölkənin qarşıdakı roluna işıq salır.
COP29 ərəfəsində Bakıya insan haqları çağırışları... – Rüfət Səfərov Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 16:28
- 429
-
- Cəmiyyət,
- 14:20
- 355
-
- Siyasət,
- 13:50
- 331
-
- İqtisadiyyat,
- 12:39
- 481
-
- Siyasət,
- 11:33
- 766
Rəy yaz