Ədliyyə Nazirliyi AXCP, Müsavat, REAL-a mənfi cavab verdi. Bəs partiyalar nə edəcək? – Seymur Həzi saat 16:00-da Çətin sualda
Bakı/20.07.23/Turan: Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP), Müsavat Partiyasına, Respublikaçı Alternativ Partiyasına (REAL) təkrar qeydiyyatla bağlı mənfi cavab verdi.
AXCP sədri Əli Kərimlinin “Turan”a verdiyi məlumata görə, partiya nazirliyə 5 min 315 nəfərin adlarını təqdim etsə də, cavab məktubunda 5 min 138 nəfərin adlarının qeyd olunduğu bildirilir: "Sonra da nazirlik iddia edir ki, reyestrə daxil edilmiş 2 min 497 nəfər barədə məlumatlar düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir".
Ədliyyə Nazirliyinin açıqlamasına görə, göndərilən siyahıdan 119 nəfər başqa partiyaların üzvüdür, 59 şəxs barədə məlumatlar təkrarlanır, 609 nəfər isə AXCP üzvü deyil.
Kərimli bu iradların inandırıcı olmadığını deyir. O hesab edir ki, Ədliyyə Nazirliyi AXCP üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir.
Ədliyyə Nazirliyindən Müsavat Partiyasına göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5 min 212 nəfərlik siyahıda 2 min 766 nəfər haqqında məlumatlar düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir. Müsavat başqanı Arif Hacılı “Turan”a bildirib ki, məktubda əlavə edilib ki, 256 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barəsində məlumatlar təkrarlanıb. Digər səbəblər də göstərilib.
"Kimlərsə partiya üzvü olmadıqlarını telefon zəngi ilə bildiribsə, bu, onların avtomatik olaraq partiya üzvü olmadığı demək deyil. Belə hal olubsa, biz bu şəxslərin siyahısı ilə tanış olmalıyıq", - Müsavat başqanı əlavə edib.
Ədliyyə Nazirliyi REAL Partiyasının təqdim etdiyi 5 min 118 nəfərlik siyahıdan yalnız 463 nəfəri partiya üzvü sayıb. Təqdim olunan siyahıdan digərlərinə gəlincə, 986 nəfər partiya üzvü kimi tanınmayıb. Bu haqda "Turan"a partiyanın sədri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, iyulun 17-də Ədliyyə Nazirliyindən verilən cavabda qeyd olunur ki, reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanılıb, onlardan 986 nəfərin partiyaya üzv olmadığı üzə çıxıb: "Yazılıb ki, daha 1 min 58 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2 min 527 nəfər barədə məlumatlar – adı, soyadı, doğum tarixi Əhalinin Dövlət Reyestrində tapılmadı".
Bəs reyestrdən keçə bilməyən partiyalar hansı addımları atacaqlar?
AXCP funksioneri Seymur Həzi Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Difficult question
-
The absence of Azerbaijan's delegation at the Parliamentary Assembly of the Council of Europe (PACE) winter session has sparked questions about the country’s participation in the European institution. According to sources in Azerbaijan's parliament, PACE did not send an official invitation to Azerbaijan, as participation requires such an invitation to be issued.
-
Azerbaijani pro-government media have unleashed an unexpected wave of anti-Russian rhetoric, including claims of espionage at the "Russian House" and accusations that the opposition National Council has ties with Moscow. Chairman of the National Council of Democratic Forces Jamil Hasanli dismissed the allegations as baseless, describing them as part of a smear campaign by the government to shift attention from its own close ties with the Kremlin.
-
In the wake of Donald Trump’s return to the White House, questions about his administration’s foreign policy direction loom large, particularly regarding its approach to the South Caucasus. Speaking on the "Difficult Question" program from Washington, Azerbaijani journalist Alex Raufoglu gave a subtle assessment of how the Trump presidency could affect relations between the United States and Azerbaijan.
-
ABŞ-nin yeni Prezidenti Donald Trampın dünya və regionla bağlı siyasəti, Azərbaycanın iqtidar rəsmilərinin onun siyasətindən gözləntiləri barədə siyasi analitik Əhməd Əlili Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Leave a review