Naxçıvanda Vasif Talıbovun yaxınları və maliyyə naziri, komitə sədri vəzifədən uzaqlaşdırılır. Növbə kimdədir? – Həkimeldostu Mehdiyev Çətin sual qarşısında
Bakı/12.01.23/Turan: Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 11-də sərəncam imzalayıb. Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun daha bir sərəncamına görə, Hicran Rüstəmov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postundan kənarlaşdırılan Vasif Talıbovun yaxınları da tutduğu yüksək postlardan uzaqlaşdırılır.
“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. Məlumata görə, indiyə qədər Müşahidə Şurasına sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı Baharxanım Talıbova və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.
Vasif Talıbovun qaynanası “Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin rəhbəri Sənubər Soltanova da işindən uzaqlaşdırılıb.
Yerli medianın yazdığına görə, Vasif Talıbovun və oğlu Seymur Talıbovun biznesi və əmlakları əl dəyişir.
Bütün bunlar barədə Naxçıvanda yaşayan jurnalist Həkimeldostu Mehdiyev Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
- Social sphere
- 12 January 2023 21:02
Difficult question
-
What should Azerbaijan expect from the new US administration?
-
In recent developments that highlight the fraught nature of American politics, the Trump administration’s scrutinizing gaze has fallen upon the United States Agency for International Development (USAID), a key player in the global outreach efforts of the U.S. government. This move has stirred a discourse that spans beyond U.S. borders, roping in responses from Azerbaijani pro-government media and eliciting comments from local political figures like Natig Jafarli, chairman of the REAL Party in Azerbaijan.
-
The municipal elections in Azerbaijan, held on January 29, took place without significant public interest or pre-election activity, according to an election law expert. Official data from the Central Election Commission (CEC) reported a voter turnout of 31.45%, but independent observers have cast doubt on this figure.
-
The absence of Azerbaijan's delegation at the Parliamentary Assembly of the Council of Europe (PACE) winter session has sparked questions about the country’s participation in the European institution. According to sources in Azerbaijan's parliament, PACE did not send an official invitation to Azerbaijan, as participation requires such an invitation to be issued.
Leave a review