Ruben Vardanyan
Qarabağda hakimiyyətin Ruben Vardanyana ötürülməsi prosesi başlayıb
Bakı/04.10.22/Turan: Qarabağ separatçılarının lideri Araik Arutyunyan bu gün Rusiyalı sahibkar Ruben Vardanyana "dövlət naziri" vəzifəsini tutmağı - yəni Qarabağda ikinci şəxs olmağı təklif etdiyini açıqlayıb.
Bu barədə Arutyunyan öz Facebook səhifəsində yazıb və əlavə edib ki, "ona qərarların qəbulu və həyata keçirilməsi üzrə geniş səlahiyyətlər verməyə hazırdır".
Vardanyan özü sentyabrda Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağ köçdüyünü bəyan edib. O, bunu həmvətənlərinin İkinci Qarabağ müharibəsindən sonra düşdükləri ağır vəziyyətdən çıxmasına kömək etmək istəyi ilə izah edib.
Bu arada, Ermənistan mənbələri Qarabağda hakimiyyətin ötürülməsi planının hazırlandığını bildiriblər. Belə ki, Araik Arutyunyan Qarabağı tərk edib Rusiyaya köçməlidir. Buna qədər o, faktiki olaraq "Qarabağ parlamentini" əvəz edəcək və onun funksiyalarını öz üzərinə götürəcək ictimai şura yaradıb. Vardanyan bu şuranın da sədri olacaq, Arutyunyan getdikdən sonra isə onun yerini tutuacaq.
Bəzi analitiklərin fikrincə, Vardanyanın (1968) təyinatı Moskvanın Qarabağda münaqişənin həllini tapmaq məqsədi güdən layihəsidir. Milyarder Vardanyan Kremlin etibarlı şəxsidir və dəfələrlə Kremlin qanunsuz gəlirlərini yumaqda ittiham olunub. Bu səbəbdən o, ABŞ və Avropa İttifaqının sanksiyalar siyahısına salınıb.
Forbes Vardanyanın sərvətini 950 milyon dollar olaraq qiymətləndirib. O, "Troyka Dialoq" investisiya şirkətinin sahibi idi. 2011-ci ildə bu şirkəti 1 milyard dollara Sberbanka satıb. O, həmçinin Avtovaz (20,5%) və KamAz (27,3%) şirkətlərinin səhmlərinə malik idi, sonradan onları da yüksək qiymətə satıb.
4 mart 2019-cu il tarixində Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsinin (OCCRP) jurnalistləri "Troyka Landromatı" araşdırmasını dərc ediblər, burada "Troyka Dialoq"un vasitəsi ilə 4,6 milyard dollar vəsaitin 76 ofşor şirkətdən ibarət şəbəkəyə köçürülməsi deyilir.
Son illər Vardanyan fərdi investor kimi işləməyə davam edirdi.
O, Qarabağa getməzdən əvvəl öz biznesini "ailə fonduna" keçirdiyini bildirib. Vardanyanın böyük oğlu David Qarabağda 2016-cı il aprel müharibəsinin iştirakçısıdır. 02B
-
- İqtisadiyyat
- 4 Oktyabr 2022 13:09
-
- İqtisadiyyat
- 4 Oktyabr 2022 13:33
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz