Açiq mənbələrdən foto.
Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu siyasi partiyalar haqqında yeni qanunu dəyişməyə çağırırlar
Bakı/14.03.23/Turan: Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunu haqqında birgə rəyi açıqlayıb. Sənəddə qeyd edildiyi kimi, yeni qanun "ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib".
Bunlardan ən ciddisi aşağıdakılardır:
* partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması;
* qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyata alınması zərurəti;
* siyasi partiyaların yaradılması və qeydiyyatı üçün uzun müddət və çətin prosedur;
* dövlət qeydiyyatı olmadan siyasi partiyanın fəaliyyətinə qadağa;
* partiyadaxili strukturların həddindən artıq tənzimlənməsi;
* Ədliyyə Nazirliyinin partiya fəaliyyətinə həddindən artıq nəzarəti və siyasi partiya üzvlərinin siyahıları;
* siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta hüquqi aktların ciddi pozulması ilə əlaqəli olmayan hərəkətlərə görə partiyanı ləğv etmək imkanı.
Yuxarıda göstərilən qaydalar həm beynəlxalq insan hüquqları müqavilələri, həm də milli Konstitusiya ilə təmin olunan assosiasiyalar azadlığı hüququnun həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurur.
Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu xatırladırlar ki, birləşmə azadlığı və söz azadlığı hüququ demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır.
Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır.
Siyasi partiyalar üzərində dövlət nəzarəti bununla məhdudlaşdırılmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsiplərilə bir araya sığmayan həddindən artıq bir tədbirdir.
Siyasi partiyaların dayandırılması və butraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər.
Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hakimiyyətə sözügedən çatışmazlıqları aradan qaldırmağı təklif edir. Siyasi partiyaların yaradılmasına və qeydiyyatına xidmət edən tədbirlər (o cümlədən dövlət qeydiyyatı üçün tələb olunan ilkin üzv sayına (1000 üzv) qayıtmaqla) təklif olunur.
Siyasi partiyaların üzərindən yoxlama üçün dövlət orqanlarına öz üzvlərinin siyahılarını təqdim etmək öhdəliyinin qaldırılması təklif olunur. Əgər bu öhdəlik qalarsa, bunu Ədliyyə Nazirliyi yox, müstəqil orqan etməlidir.
Ədliyyə Nazirliyi siyasi partiyalardan üzvlərin bütün siyahısını yox, yalnız qeydiyyatdan keçmək üçün lazım olan minimum üzv sayını tələb edə bilər. Üzvlərin siyahısının partiyanın daxili sənədi olduğu və açıqlanmalı olmamsı da qanunda dəqiqləşdirilməlidir.
Həmçinin parlamentdə alınan yerlərin əvəzinə siyasi partiyanın seçkilərdə aldığı səslərin sayına daha çox üstünlük verərək dövlət maliyyələşməsinin bölüşdürülməsi formuluna yenidən baxılması təklif olunur.
Yalnız ianələri müəyyən normaları keçən sponsorların adlarının açıqlanması tövsiyə olunur.
Siyasi partiyalara nəzarət mexanizminə yenidən baxılması və bu funksiyaların müstəqil orqana verilməsi təklif olunur.
* Azərbaycanda siyasi partiyalar haqqında yeni qanun ötən ilin sonunda qəbul edilib və 11 yanvar 2023-cü ildə Azərbaycan prezidenti onu imzalayıb. Sənəd müxalifət partiyalarının kəskin tənqidinə səbəb olub. 06B
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz