Korrupsiya ittihamı ilə həbs olunan məmurların əmlakları niyə özlərinə qaytarılır? - Xalid Bağırov Çətin sualda
Bakı/30.03.23/Turan: Martın 28-də Azərbaycan Ali Məhkəməsi KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin, həmçinin "Portos" MMC-nin direktoru Nadir Məmmədovun və bu iş üzrə keçən digər müttəhimlərin əmlakının müsadirə edilməsi barədə qərarı ləğv edib.
Ali Məhkəmə işi yenidən araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bununla belə, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin ittihamın mahiyyəti üzrə qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, ləğv edilmiş KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli 2021-ci ildə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məmmədov 6 il azadlıqdan məhrum edilib, qalan 9 nəfər isə şərti cəza alıb.
Səfərli 2015-2018-ci illərdə ən azı 18 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Bu vəsait jurnalistlər üçün evlərin tikintisində mənimsənilib. Vəsaitin bir hissəsi KİV-in dəstəklənməsi və tədbirlərin keçirilməsi üçün pul ayrılarkən talan edilib.
Məhkəmə zamanı dəfələrlə məsələ qaldırılıb ki, talan edilmiş vəsaitin bir hissəsi dövlət başçısının köməkçisi Əli Həsənova verilib, lakin məhkəmə Həsənovu prosesə çağırmayıb.
Məhkəmənin qərarı ilə Səfərlinin Bakının müxtəlif yerlərində və ətrafındakı torpaq sahələri, ümumi dəyəri bir neçə milyon manat olan evləri və mənzilləri müsadirə edilib. Bundan əlavə, məhkəmə Səfərlinin İsmayıllıdakı torpaq sahələrini və bir neçə bahalı avtomobilini müsadirə edib. Məhkəmə həmçinin Vüqar Səfərlinin müxtəlif banklardakı hesablarında ümumi məbləği 1 milyon manat pul vəsaitini müsadirə edib.
Korrupsiya ittihamı ilə həbs olunan məmurların müsadirə olunmuş əmlakları niyə yenidən özlərinə qaytarılır?
Hüquqşünas Xalid Bağırov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Сложный вопрос
-
Муниципальные выборы в Азербайджане, состоявшиеся 29 января, прошли без заметного общественного интереса и предвыборной активности, заявил эксперт по избирательному праву. По официальным данным Центральной избирательной комиссии (ЦИК), явка составила 31,45%, однако независимые наблюдатели ставят этот показатель под сомнение.
-
Отсутствие делегации Азербайджана на зимней сессии Парламентской ассамблеи Совета Европы (ПАСЕ) вызвало вопросы об участии страны в европейском институте. По данным источников в парламенте Азербайджана, ПАСЕ не направляла Азербайджану официального приглашения, поскольку для участия необходимо такое приглашение.
-
Азербайджанские проправительственные СМИ развязали неожиданную волну антироссийской риторики, включая заявления о шпионаже в «Русском доме» и обвинения в связях оппозиционного Национального совета с Москвой. Глава Нацсовета Джамиль Гасанлы отверг обвинения как беспочвенные, назвав их частью клеветнической кампании правительства, направленной на то, чтобы отвлечь внимание от своих тесных связей с Кремлем.
-
После возвращения Дональда Трампа в Белый дом вопросы о внешнеполитическом направлении его администрации становятся все более актуальными, особенно в отношении ее подхода к Южному Кавказу. Азербайджанский журналист Алекс Рауфоглу, выступая в программе «Сложный вопрос» из Вашингтона, дал тонкую оценку того, как президентство Трампа может повлиять на отношения между США и Азербайджаном.
Написать отзыв