ТАСС
Ermənistan Baş Qərargahının boş atışı
Ermənistan baş naziri Nikol Paşinyan, 2018-ci il aprelin 13-də Ermənistan demokratiyası üçün taleyüklü anda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz aksiyası təşkil etdiyi kimi, bu gün yenə xalqın dəstəyinə üz tutub.
Üç il əvvəl də olduğu kimi, o, əlində meqafonla küçə yürüşünə çıxıb tərəfdarlarını cürətləndirir, addımlarının qanuniliyi haqqında tezisləri xalqa əsaslanaraq rəqiblərinə qarşı səsləndirir.
Bununla Paşinyan istefasını tələb edən Baş Qərargaha əks hücum edib. Generallar Ermənistan baş nazirinin və hökumətinin hazırki taleyüklü böhran dövründə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını bildiriblər. Amma Paşinyandan fərqli olaraq, generallar qoşunları küçələrə çıxarmağa cürət etməyiblər, bu isə o deməkdir ki, onlar ordunun xalqla üz bə üz durmasına əmin deyillər. Ötən il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ordu rəhbərliyinin və siyasi müxalifətin Paşinyanı devirmək cəhdləri indiyədək uğurlu olmayıb, belə ki, xalqın əksər hissəsi 2018-ci ildə etdiyi seçimə yenidən baxmayıb.
Bu gün Ermənistanda xalqın sözü həqiqətən də həlledici gücə malikdir və təsadüfi deyil ki, Ermənistan üçün faciəvi olan son aylarda Paşinyan da, onun keçmiş prezidentlər Koçaryan və Sarkisyanın başçılıq etdiyi rəqibləri də xalqa müraciət edib. Amma müharibədən sonrakı dövr seçicilərin öz baş nazirlərini qorumağa hazır olduğunu göstərib.
Bunun aşağıdakı səbəbləri var: Ermənistanı ilk növbədə birbaşa qoşunları və hərbi əməliyyatları idarə etmək öhdəliyi olan hərbi komandanlıq məğlubiyyətə düçar edib. İkinci növbədə ölkəni çürüdən Qarabağ klanı tərəfindən işğal edilmiş, Ermənistan cəmiyyəti ilə münaqişəyə girmiş əvvəlki korrupsioner hakimiyyət buna şərait yaradıb.
Generalların bugünki çağırışı və Paşinyanın cavabı gözlənilən idi, belə ki, son hadisələr, bəyanatlar və qarşılıqlı ittihamlar bu nəticəyə gətirirdi. Amma demək olar ki, qiyamçılar artıq məğlub olublar. Onların davranışı 1991-ci ilin avqustunda SSRİ-də və 2015-ci ilin iyulunda Türkiyədə çevrilişlər zamanı ordunun qətiyyətsizliyini və cəmiyyətin qətiyyətini xatırladır. Ermənistan Baş Qərargahı bunların heç birini etməyib, daha pisini edib, kabinetdən şifahı atəşi açıb.
Xarici amil də kifayət qədər əhəmiyyətlidir. Heç bir geosiyasi qüvvə nə İkinci Qarabağ müharibəsindən sonra, nə də indi Paşinyanın əleyhdarlarını dəstəkləməyib. Bu isə o deməkdir ki, 2018-ci ildə də olduğu kimi, Paşinyan ordunun və xalqın dəstəyini qazanacaq və düşmənlərinin darmadağın edilməsini yekunlaşdıracaq.
P. S. Fevralın 12-də "Malbruk yürüşə çıxır" məqaləsində biz uğursuzluğa məhkum edilmiş qiyam cəhdini proqnozlaşdırırdıq.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:02
- 391
Rəy yaz