logist.today

logist.today

Bu ideya həmsədrlərin 12-14 dekabr tarixlərində Bakıya və Yerevana səfərlərinin nəticələrinə dair yekun bəyanatında konkretlik qazanmasa da, həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə onun konturları cızılıb.

“Madrid prinsipləri xətlərin və kommunikasiyaların açılmasından, regionda bütün xalqlar arasında münasibətlərin bərpasından bəhs edir. Bu, Sizin mövqeyinizin bir hissəsini təşkil edirsə, ölkələrimizin buna nail olunmasında öz rolunu oynaya biləcəyini düşünürəm”, deyə amerikalı həmsədr Endryu Şaffer bildirib.

Əliyevin həmsədrlərə hansı təklifləri təqdim etdiyini bilmirik. Amma fransalı həmsədr Stefan Viskonti görüşün açıq hissəsində bu təkliflərin mövcudluğunu təsdiq edib: “Maraqlı təkliflərinizi yüksək qiymətləndirirəm. Biz tərəflərin iradəsinə uyğun variantın tapılması üzərində işləyəcəyik”.

Vasitəçilərin fikinrcə, kommunikasiyaların açılması məsələsi regionun qan damarlarını tam həcmdə bərpa edəcək və bununla da təkcə Dağlıq Qarabağın gələcək taleyi məsələsində deyil, Ermənistan-Azərbaycan münasibətlərinin bütün sahələrində tərəflərin mövqelərini yaxınlaşdıracaq.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Rusiya üçtərəfli sazişin iştirakçısıdır və üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinə xüsusi əhəmiyyət verir: “Düşünürəm ki, bu sənədin tam reallaşması üçün görüləcək işlər var. Cənab prezident, Sizin də dediyiniz kimi, bu, insanların qaytarılması, regionun sülh şəraitində bərpası ilə bağlıdır”.

44 günlük müharibəyə son qoymuş 10 noyabr tarixli Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli Bəyanatı da kommunikasiyaların açılması, etimadın bərpa edilməsi və köçkünlərin doğma yurdlarına qaytarılması məsələlərində Madrid prinsiplərinə istinad edir.

Nizamlanmaya dair 29 noyabr 2007-ci il tarixində imzalanmış Madrid Prinsiplərinin 7-ci bəndində deyilir: Bütün regionda tərəflər arasında açıq və maneəsiz nəqliyyat və kommunikasiya əlaqələri, o cümlədən Azərbaycanın Naxçıvanla birbaşa və maneəsiz quru əlaqəsi, bütün sərhədlərin açılması və kommunikasiyaların bərpa edilməsi təşviq ediləcək.

Prinsipcə, Azərbaycanın təkcə birinci mərhələdə azad edilməsi nəzərdə tutulan 5 rayonu deyil, işğal edilmiş 7 rayonun hamısını və Azərbaycanda 1991-ci ildə ləğv edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsini güc yolu ilə azad etməsi nəticəsində bu sənədin icrası ardıcıllığının məntiqi və strukturu ciddi şəkildə deformasiyaya uğrayıb.

Həmsədrlər Əliyevlə görüşdə 28 illik əvvəlki nizamlama prosesinin fəlsəfəsini dəyişdirən yeni reallıqları açıq şəkildə etiraf ediblər.

“Regionda sabitlik və rifah gətirə biləcək tamamilə yeni vəziyyət yaranıb. Minsk Qrupunun bundan sonra qalan məsələlər üzərində necə işləyəcəyi Sizdən asılıdır. Bəli, bunun üçün əlverişli mühit yaradılıb. Biz keçid dövründəyik və gələcək üçün planlar tərtib edilə bilər. Təkliflərinizi Fransa hökumətinin nəzərinə çatdıracağam”, deyə o qeyd edib.

Baş nazir Nikol Paşinyanın DQ-yə müstəqillik verilməsi zərurəti haqqında həmsədrlərlə görüşdə səsləndirdiyi bəyanatları yeni reallıqlar şəraitində şübhə yaradıb. Bu şəraitdə ərazi qalmadığı üçün Ermənistanın prinsipial mövqe olaraq irəli sürdüyü “ərazi müqabilində status” yanaşması mənasını itirib.

Həmsədrlərin Bakıda və Yerevandakı görüşlərin nəticələrinə dair bəyanatı belə idi: “Hər iki paytaxtda tərəflər yerlərdə vəziyyətə qiymət veriblər və gələn il həmsədrlərlə qarşılıqlı fəaliyyətlə bağlı gözləntilərini dilə gətiriblər. Yeni reallıqları nəzərə alan həmsədrlər regionda sülh, sabitlik və inkişafa yardım və həll edilməmiş məsələlərin həlli məqsədilə tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə dəyişməz sadiqliklərini təsdiq ediblər. Həmsədrlər həmçinin görüşlər zamanı qaldırılmış məsələlərlə bağlı tərəflər arasında müzakirə edilməsi üçün konkret təkliflər təqdim etmək öhdəliyi götürüblər”.

Gələn ilin gündəliyində sülhməramlı qüvvələrin formatının dəyişməsini gözləməyə dəyməz. Madrid prinsiplərinə əsasən, bu qüvvələrin yekun saziş imzalandıqdan sonra yeridilməsi nəzərdə tutulurdu. Amma sülhməramlılar sazişdən əvvəl oraya yerləşmiş oldu və bu, faktın baş tutması deməkdir. Kommunikasiya məsələlərinin həlli üçün hazırki mərhələdə Amerika və Fransalı həmsdərlər üçün Rusiya kontingentinin iştirakı yol verilə biləndir. Sülhməramlı iştirakın birtərəfliliyini aradan qaldırmaq üçün onlara hansısa ATƏT qüvvələri mandatı verilə biləcəyi başqa bir məsələdir. Bu tarazsızlığı hələlik yaradılan Rusiya-Türkiyə Monitorinq Mərkəzi müəyyən dərəcədə aradan qaldırır, axı Türkiyə Minsk Qrupunun üzvüdür və hərbi münaqişənin başlanğıcından etibarən Rusiya ilə sıx qarşılıqlı fəaliyyət göstərir, bu da bu gün 28 illik danışıqların gündəliyini dəyişdirən prezident Əliyevi qane edir: Bu, regional əməkdaşlığın və Rusiya-Türkiyə əməkdaşlığının yaxşı nümunəsidir və bu da reallıqdır”.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti