Açiq mənbələrdən foto.
1500-dən çox məhbus amnistiya ilə azadlığa çıxıb
Bakı/24.01.22/Turan: 8 noyabr Qələbə Günü münasibətilə elan olunmuş amnistiya çərçivəsində 6191 nəfər müxtəlif cəza növündən azad edilib. Bu barədə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov videokonfrans rejimində operativ müşavirə zamanı bildirib.
Onun sözlərinə görə, 1542 nəfər həbsxanadan azad edilib. Daha 1075 nəfərin cəza müddəti azaldılıb.
Bundan əlavə, 1 022 məhbus amnistiya qaydasında cərimə növündə cəzanın icrasından azad edilib.
Amnistiya aktının icrasına 4 ay vaxt ayrılıb.—06D--
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz