![koronavirusinfo.az](https://turan.az/resized/media/2020/main/122500036022-750-500-resize.webp)
koronavirusinfo.az
1703 nəfər koronavirusa yoluxub, 36 nəfər vəfat edib
Bakı/25.12.20/Turan: Gün ərzində Azərbaycanda koronavirusa 1703 yeni yoluxma faktı qeydə alınıb, 4359 nəfər sağalıb, 36 nəfər isə vəfat edib. Bu barədə dekabrın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Xəstəliyə yoluxanların ümumi sayı 211 764 nəfər təşkil edib, onların 160 245 nəfəri sağalıb, 2416 nəfər isə vəfat edib. Hazırda aktiv xəstə sayı 49103 nəfər təşkil edir.
Gün ərzində 13 300 test aparılıb. -02D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz