22 siyasi məhbusun adı Əfv Komissiyasına təqdim edilib
Bu gün insan hüquqları üzrə birgə işçi qrupunun iclası olub. İclas zamanı qarşıdakı əfv ilə bağlı namizədlər barəsində təkliflər müakirə edilib.
İşçi qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Turan-a bildirib ki, 22 nəfərin adının prezident yannda Əfv Komissiyasına təqdim edilməsi qərara alınıb.
Onların arasında Tofiq Yaqublu, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Yadigar Sadıqlı, Xədicə İsmayılova, NİDA hərəkətının fəalları və başqaları var.
Sözügedən şəxslər yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıblar.—06D-
-
- Cəmiyyət
- 24 Dekabr 2015 15:47
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz