Amerikalı senator Amal Kluni ilə Xədicə İsmayılovanın işini müzakirə edib
Amerikalı senator Ben Kardin tanınmış vəkil Amal Kluni ilə görüşüb və Azərbaycanda mühakimə edilmiş jurnalist Xədicə İsmayılovanın taleyini müzakirə edib. Bu barədə senator özünün Facebook səhifəsində yazıb.
Məlum olduğu kimi, Amal Kluni və Nani Yansen Avropa İnsan Hüquqları Məhkəməsində X.İsmayılovanın maraqlarını müdafiə edəcəklər. Yaxın vaxtlarda iş üzrə dinləmələr olacaq.
Xatırladaq ki, X.İsmayılova uydurma ittihamla 7 il azadlıqdan məhrum edilib.-16D-
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz