Andlılar institutunun ləğv edilməsi antidemokratik addımdır
Dünən Milli Məclis “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edərək, məhkəmələrdə andlı iclasçılar institutunun təsis edilməsi haqqında normanı qanundan çıxarıb.
Sənəd parlamentə Ali Məhkəmənin və Baş Prokurorluğun qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.
Azərbaycanda andlı iclasçılar institutu 2000-ci ildə məhkəmə-hüquqi islahatların yekunlaşmasından sonra tətbiq edilməsi şərtilə təsis edilib.
Hüquq məsələləri üzrə parlament komitəsinin rəhbəri Əli Hüseynli bildirib ki, prokurorluq bir sıra ölkələrin təcrübəsini tədqiq edərək belə bir nəticəyə gəlib ki, andlı iclasçıların fəaliyyəti gözlənilən səmərəni vermir.
Belə ki, Hüseynlinin sözlərinə görə, hakimlər andlıların qərar qəbul etməsində iştirak etmir ki, bu da təqsirin müəyyən edilməsi haqqında əsassız qərarlara gətirib çıxarır. Belə ki, əksərən hüquqi təhsili olmayan andlılar hüquqi mühakimələr yürüdə bilmir ki, bu da cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxarır.
Bunu nəzərə alaraq, baş prokurorluq andlılar institutunun ləğvini məqsədəuyğun sayıb.
Vəkillik fəaliyyətində böyük təcrübəsi olan hüquqşünas Namizəd Səfərov andlılar institutunun ləğvi haqqında qərarı tənqidi qiymətləndirib və antidemokratik addım adlandırıb.
“Vaxtilə beynəlxalq təşkilatların müsbət təsiri ilə Azərbaycanda bu norma qəbul edilib. Andlılar institutu məhkəmələrə ictimai nəzarət formasıdır. Prosesdə püşkatma yolu ilə təyin edilən 12 andlının iştirakı hakimlərin sifarişli qərarlar qəbul etməsinin qarşısını alır. Belə ki, andlılar təqsirləndirilən şəxsin təqsirsiz olduğu qənaətinə gəlirsə, hakim onu azad etməlidir.
Bu təcrübə vətəndaşların saxta ittihamlarla siyasi motivlərlə təqibinin qarşısını alardı.
Hakimiyyət uzun müddət şərait olmaması bəhanəsi ilə andlılar institutunu tətbiq etmirdi, indi isə onu ümumiyyətlə ləğv etdi. Bu, antidemokratik qanunvericiliyin pisləşməsinə doğru növbəti addımdır”, deyə Səfərov Turan-ın müxbiri ilə söhbətində bildirib.
ReAl hərəkatının İdarə Heyətinin üzvü, hüquq sahəsində ekspert Erkin Qədirli parlamentin qərarını Turan agentliyinə şərh edərkən məhkəmə prosesində tərəflərdən biri olan baş prokurorluğun qanunvericilik təşəbbüsünün əsassız olduğunu qeyd edib.
Andlılar institutu anglosakson hüquq mədəniyyətinin ənənəsidir. Onun əsasını hakimiyyət bölgüsü fəlsəfəsi təşkill edir. Yəni andlılar faktı müəyyən edir, hakimlər isə zəruri hüquq normasını tətbiq edir.
Bu zaman 12 andlı paritet əsaslarla – ittiham və müdafiə tərəfindən təyin edilir. Hər bir tərəf obyektivliyindən şübhələndiyi namizədlərə veto qoya bilər.
Andlılar faktı qiymətləndirir və təqsirləndirilən şəxsin təqsirsiz olduğu qənaətinə gəlirsə, məhkəmə onu azad etməlidir. Andlılar onun təqsirli olduğu qənaətinə gəlirsə, hakim cəza təyin edir.
“Andlıların hüquqi təhsili olmaması barədə istinadlar əsassızdır. Onların belə bir təhsili olmamalıdır. Onlar təqsirləndirilən şəxsin cinayətdə əli olub olmadığı faktını müəyyən edirlər. Andlıları sadəcə seçmirlər, bu, müxtəlif sahələrdə bilik və təcrübəsi olan vicdanlı, müstəqil, qərəzsiz vətəndaşlardır”, deyə Qədirli bildirib.
Andlılar institutunun tətbiqi Azərbaycanın hazır olmaması ilə əlaqədar gecikib, amma bunun üçün hazırlıq da aparılmayıb.
Qədirli hesab edir ki, andlılar institutu yalnız şəxsi mülkiyyətin toxunulmazlığı hüququ təmin edildikdə, vətəndaşlar layiqli əmək haqqı aldıqda, vergiləri düzgün şəkildə ödədikdə tətbiq edilə bilər. Əks halda andlılar onlara təzyiq göstərilməsi nöqteyi-nəzərdən zəif olur.
Andlılar institutunun tətbiqi üçün şərait yaradılması üzrə ardıcıl işin yerinə hakimiyyət onu ləğv etməyi qərara alıb ki, bu da ədalətli mühakiməyə imkan yaratmır. -06D-
-
- Cəmiyyət
- 21 İyun 2014 14:33
Cəmiyyət
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
COP29 bitdi. Geriyə nə qaldı? – Fuad Həsənov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:41
- 209
-
- İqtisadiyyat,
- 13:04
- 257
Rəy yaz