Азер Гасымлы
Azər Qasımlı 30 sutkalıq həbs edildi (YENİLƏNİB)
Bakı/29.05.18/Turan: Bu gün, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs verilib.
Bu barədə jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib:
"Məhkəmədə o polisə tabe olmamaqda günahlandırıldı. Polisin iddasına görə, O küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi dünən, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır."-0-
* * *
2018 May 29 (Çərşənbə axşamı) 20:20:55
Azər Qasımlı saxlanılıb?
Bakı/29.05.18/Turan: "Respublikaçı Alternativ" partiyasının məclis üzvü Azər Qasımlı bu gün Yasamal Rayon Polis İdarəsinə çağırılıb. Bu barədə Turan-a "REAL" partiyasının digər məclis üzvü Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Qasımlı əvvəlcə Baş Prokurorluğa çağırılıb, orada onunla yarım saat söhbət ediblər. Bundan sonra Qasımlı çağırışla Yasamal Rayon Polis İdarəsinə gedib.
Qasımlının hüquq-mühafizə orqanlarına çağırılmasını dəqiq səbəbləri məlum deyil.
Cəfərli bunun Bakının mərkəzində AXC-nin 100 illiyinə həsr olunmuş dünənki aksiya ilə bağlı ola biləcəyini istisna etməyib. Azər Qasımlı bu yürüş iştirakçılarının ilk sıralarında olub.
Qasımlı saat 16.00-dan etibarən Yasamal Rayon Polis İdarəsinin binasındadır. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz