Bakıda "Formula-1" yarışları start götürdü
Bakı/27.04.18/Turan: Bu gün Bakıda "Qran-pri Azərbaycan" "Formula-1" yarışları start götürüb.
"Bakı Şəhər Halqası" əməliyyat şirkətinin məlumatına görə, 10 komandadan 20 pilot 6 kilometrlik trek halqasında birincilik uğrunda mübarizə aparacaq.
İştirakçılar arasında dünyanın ən yaxşı 10 pilotu: Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valterri Bottas və başqaları var.
Marşrut boyunca quraşdırılmış tribunalardan 30 min tamaşaçı yarışları izləyə bilər. Start və finiş "Azadlıq" meydanında olacaq.
Bu gün "Formula-1" və "Formula-2" yarışçılarının sərbəst yürüş günüdür.
Aprelin 28-də təsnifat, bazar günü final yürüşləri olacaq.
"Formula-1"in Qran-pri mərhələləri 2016-cı ildən Bakıda keçirilir.
Hazırki yarışlar Azərbaycan paytaxtında keçirilən sayca üçüncü yarışdır.
Bakıda 2019 və 2020-ci illərdə ən az iki yarış daha keçiriləcək. -0-
-
- Cəmiyyət
- 27 Aprel 2018 12:23
-
- İqtisadiyyat
- 27 Aprel 2018 12:45
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz