![Baytarlıq Xidməti bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib](https://turan.az/resized/media/2018/main/091300013164-750-500-resize.webp)
Baytarlıq Xidməti bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib
Bakı/13.09.18/Turan: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanlar arasında yayıla bilən bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib.
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, ölkə ərazisində xəstəliyin yayılma ehtimalı olmasa da nadir hallarda təsadüf edilir.
"Hazırda Dövlət Baytarlıq Xidməti bu və digər xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirir, maarifləndirmə işləri aparır. Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verilməli, köp verən yemlə və şehli otlaqda otarılmamalıdır", - müraciətdə qeyd edilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır.
"Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir. Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır. Bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır", - heyvan saxlayan şəxslərə məsləhət görülürb.
Bradzot itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, bağırsaqların iltihabı və mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xəstəlikdir.
Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri insan və heyvanların müxtəlif xəstəliklərinə, - insanlarda yaman keyfiyyətli şişə və qanqrenaya, dovşancıq və botulizmə, quzularda anaerob dizanteriya və anaerob enterotoksemiyaya, iribuynuzlu heyvanlarda hemorroji enterotoksemiyaya, nekrotiki enterit və hepatitə, batsilyar hemoqlobinuriyaya, qoyunlarda enterotoksemiyaya, bradzot, yaman keyfiyyətli şişə, camışlarda osteomielitə səbəb olur.
Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır. Nadir hallarda keçilər də xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusilə yaz və payız aylarında daha çox baş verir.-03B-
-
- Maliyyə
- 13 Sentyabr 2018 12:26
-
- Böyük Şərq
- 13 Sentyabr 2018 12:42
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz