Dövlət Sərhəd Xidməti ölkəyə gələn əcnəbilərdə saxta sənədlər aşkar edib
Bakı/17.10.18/Turan: Oktyabrın 7-də Bakı Beynəlxalq Aeroportunda Şarjadan gələn Banqladeş vətəndaşları Əhməd Mühəmməd Məsum (1998-ci ildə anadan olub) və Moksu Mühəmməd Muminur (1999) saxta pasport təqdim edərkən saxlanılıblar.
Oktyabrın 8-də "Şıxlı" dövlət sərhəd buraxılış məntəqəsində Azərbaycandan Gürcüstana gedən Pakistan vətəndaşları Əşrəf Mühəmməd (1985-ci ildə anadan olub) və Əhməd Bilal (2003-cü il) saxlanılıb. Onların pasportundakı Yunanıstan və Şengen vizaları saxta olub.
Oktyabrın 9-da İstanbula gedən gedən Hindistan vətəndaşı Gurpret Sinqxın (1998-ci ildə anadan olub) pasportuna vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkar edilib.
Həmin gün Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı Abedi İmanda (1990-cı il) saxta İtaliya pasportu aşkar edilib.
Oktyabr ın 14-də Şarjadan gələn İtaliya vətəndaşı Mşaineş Əhməddə (1961-ci il) saxta pasport aşkar edilib. Baxış zamanı onun üzərindən başqa şəxsə məxsus Suriya pasportu götürülüb.
Saxlanılan şəxslərin barəsində müvafiq tədbirlər həyata keçirilib. Bu haqda Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.-16D-
-
- İqtisadiyyat
- 17 Oktyabr 2018 14:52
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz