E.Behbudov Ramil Usubovdan pəncərələrə dəmir barmaqlıqlar taxmağı xahiş edəcə
İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov 27 yaşlı Bəhruz Hacıyevin ölümündən sonra yerli polisin monitorinqini aparmaq üçün Mingəçevirə səfər edib.
Behbudov həmçinin Hacıyevin ölümünə etiraz aksiyasında iştiraka görə həbs edilənlərlə görüşüb.
Hüquq müdafiəçisinin Turan-a verdiyi məlumata görə, o, həmçinin həlak olmuş şəxsin atası Dilsuz Hacıyev və digər qohumları ilə görüşüb.
Doğmaları hesab edir ki, Bəhruz işgəncələrə məruz qalıb, belə ki, onun bədənində elektroşok alətinin ən az beş izi var idi.
Öz növbəsində, Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin xüsusilə əhəmiyyətli işlər üzrə müstəntiqi Qurban Səfərov bildirib ki, bu izlərin əmələ gəlməsinin səbəblərini ekspertiza müəyyən ediləcək, hələlik isə ekspertiza nəticələri açıqlanmayıb.
Bu zaman müstəntiq B.Hacıyevin geyiminə hal şahidlərinin iştirakı ilə baxış keçirilməsini təmin etməyən, onu otaqda yalnız qoyan və vəkillə təyin etməyən Mingəçevir polis zabiti Şahlar Şahlarzadənin pozuntuya yol verdiyini deyib.
Mingəçevri polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında 21 nəfər saxlanılırdı, onların 16-sı avqustun 22-də etiraz aksiyasında iştiraka görə həbs edilənlər idi. Behbudovun sözlərinə görə, onların hamısına 310.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddə ilə 10 gündən 20 günədək inzibati həbs cəzası təyin edilib.
Görüşlər zamanı heç kim saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayətlənməyib, deyə Behbudov bildirib.
Saxlanılanlar arasında AXCP fəalları Pərvin Cəforov və Qara Allahverdiyevin də olub-olmadığı haqqında suala cavabda Behbudov bidirib ki, bütün məhbusları soyadları ilə xatırlamır, amma saxlanılanların heç biri partiya mənsubiyyətindən danışmayıb.
Behbudov Gəncəyə göndərilmiş polis Şahlarzadə ilə görüşə bilməyib.
Behbudov DİN rəhbəri Ramil Usubovdan bu cür hadisələrdən uzaq olmaq üçün bütün dindirmə otaqlarına barmaqlıqlar taxmağı xahiş etmək niyyətindədir. -06D-
-
- İqtisadiyyat
- 27 Avqust 2015 17:24
-
- Siyasət
- 27 Avqust 2015 17:55
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz