Eks-prezidentlər haqqında qanun qüvvəyə minib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununu və qanunun tətbiqi barədə fərman imzalayıb.
Qanun Konstitusiyanın 108-ci maddəsinin II hissəsinə uyğun olaraq əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxsin (keçmiş prezident) və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir.
Sənədə görə, keçmiş prezident fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır. Eyni zamanda, keçmiş prezidentin vəfatından sonra ona ödənilən pensiyanın 50 faizi ailəsinə verilir.
Dövlət qulluqçusu üçün müəyyən edilmiş tibbi təminatlara dair bütün qanun və qaydaların müddəaları keçmiş prezidentə və onun ailə üzvlərinə şamil olunur.
Keçmiş prezidentə həmçinin üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir nəqliyyat vasitəsi verilir. Fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir. Keçmiş prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir.
Qanuna görə, keçmiş prezident (onun arvadı və ya əri ) seçilməzdən əvvəl və prezidentlik səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. -03D-
-
- Siyasət
- 21 İyun 2012 12:24
-
- İqtisadiyyat
- 21 İyun 2012 14:34
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz