Erməni Bakı aeroportunda keçirdiyi gecə barədə
Ermənistan vətəndaşı, 22 yaşlı Asatur Xaçatryan iyulun 22-də Yerevandan Kiyevə uçurmuş. Lakin sənədləri qaydasında olmadığından geri qaytarılıb. Kiyevli sərhədçilər səhvən onu Bakıya uçan təyyarəyə yerləşdiriblər.
A.Xaçatryan geri döndükdən sonra öz macəraları haqda Ermənistan KİV-ə danışıb. O deyib ki, təyyarə enəndə Azərbaycana gəldiyini bilmirdi. Sonradan təəccüblənib və rus dilində harada olduğunu soruşub. Ona bildiriblər ki, Azərbaycandadır.
“Orada mənim erməni olduğunu bilmədilər. Sonra Kiyevdən telefon edib bu yalnışlıq barədə məlumat verildi. Ürəyimdə qorxsam da, mənə normal münasibət göstərdilər, yemək verdilər, kömək etdilər, hə şey normal idi. Orada bir nəfər vardı, mənə dedi ki, evə qayıtmağıma yardım göstərə bilər və mənə kömək etdi. Mən hamıya minnətdaram. Bütün günü orada qaldım. Elə gömrükdə gecələdim, mənə hər şey verdilər: yataq ləvazimatı, yemək. Lakin bu, çox uzun gecə oldu. Şükür allaha yenidən Kiyevdəyəm, qardaşımla oturub kofe içirik, hər şey qaydasındadır”, - o bildirib.-02D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz