Gömrükçülər 1886,87 karat brilyant qaşlar götürüblər
Bakı/08.05.18/Turan: Azərbaycan gömrükçüləri ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşların qanunsuz yolla ölkəyə gətitilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının ayaqqabısında gizlədilmiş 26 ədəd bükümdə müxtəlif həcmli və formalı qaşlar aşkarlayıb.
"Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşlardır", - məlumatda qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.-03D-
Cəmiyyət
-
Oktyabrln 28-də səhər güclü yağıntı nəticəsində Bağırov köprüsünü su basıb. Nəticədə Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində tıxac yaranıb, avtomobil sürücüləri bildiriblər.
-
Səhər saat 11:00-da paytaxtda güclü leysan yağmağa başlayıb və günün ikinci yarısına qədər davam edəcək, sinoptiklər bildiriblər.
-
Müsəlman Birliyi Hərəkatının üzvü, 7 il həbsdə saxlandıqdan sonra 20 gün əvvəl azadlığa buraxılan Əhsən Nuruzadə yenidən saxlanılıb. Bu barədə Turana Müsəlman Birliyi Hərəkatından verilən məlumatda bildirilir ki, dini inanclı fəal oktyabrın 26-da qızının gözü qarşısında saxlanılaraq aparılıb. Onun hansı səbəbdən saxlanması, hara aparılması haqda yaxınlarına heç bir məlumat verilməyib.
-
Həbsxanada 136 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun səhhəti ağır olaraq qalır.
Rəy yaz