![Hakimiyyət keçmiş Sovetski küçəsində 2180 daşınmaz əmlakı alır](https://turan.az/resized/media/2018/main/022000007787-750-500-resize.webp)
Hakimiyyət keçmiş Sovetski küçəsində 2180 daşınmaz əmlakı alır
Bakı/20.02.18/Turan: Nazirlər Kabinetinin qərarına əsasən dövlət orqanları dövlət ehtiyacları üçün zəruri olan torpaqları müəyyən etməli və onları almalıdır. Sənəd paytaxtın Yasamal rayonundakı köhnə qəsəbənin sökülməsini əhatə edir. 20 ildən çoxdur ki, burada miqyaslı iş gedir.
Bu dəfə N.Aşurbəyov, S.Tağızadə, A.Şaiq və Ç.Mustafayev küçələri arasındakı 1300 obyekt, həmçinin N.Nərimanov prospekti (keçmiş Sovetski küçəsi) boyunca, İ.Qutqaşenli, B.Səfəroğlu və M.Əliyev küçələri arasında yerləşən 880 obyekt söküləcək.
Beləliklə, infrastrukturun qurulması üçün Yasamal Rayon İcra Hakimyyəti 2180 yaşayış və qeyri-yaşayış obyektini alacaq.
Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, torpaqların alınması üzrə hazırlıq işləri aparsın və təklifləri Nazirlər Kabinetinə təqdim etsin.
Söküntünün səbəblərinə gəlincə, şəhərin baş planına əsasən həmin yerdə parklar salınacaq, avtomobil dayanacaqları, yeni yaşayış evləri, idman kompleksləri inşa ediləcək. Bundan əlavə, yeni avtomobil yolu çəkiləcək.
Qeyd edək ki, indiyədək hakimiyyət ev sahiblərinə hər kvadrat metrə görə 1500 manat verirdi. Torpağın dəyəri nəzərə alınmırdı. Ev sahiblərinin çoxu bu qiymətlə razılaşmayaraq məhkəmələrə üz tutur. Ədalətə isə ancaq Avropa İnsan Hüquqları Məhkəməsində nail olmaq mümkün olur.-02D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz