Aİ ekspertləri sərhədçilərə saxta sənədlərin aşkar edilməsini öyrədəcəklər
Bakı/20.02.18/Turan: Çərşənbə axşamı Bakıda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün "Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)" proqramı çərçivəsində treninq keçirilib.
Proqramda məqsəd miqrasiya idarəçiliyinin gücləndirilməsidir.
Sərhəd və Miqrasiya xidmətlərinin əməkdaşları üçün treninqi Niderland və Çexiyadan olan ekspertlər keçirirlər.
Treninqin əsas mövzusu saxta sənədlərin aşkar edilməsi olacaq.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Alessandro Budai öz çıxışında qeyd edib ki, söhbət insan alveri, narkotrafik və digər qanunsuz fəaliyyətə qarşı mübarizədən gedir ki, bu da birbaşa əməkdaşların peşəkarlığından asılıdır.
Qeyd olunub ki, üç gün davam edəcək treninq zamanı iştirakçılar hökumətin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti, readmissiya məsələlərini müzakirə edəcəklər. -71D-
-
- Cəmiyyət
- 20 Fevral 2018 11:31
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz