Hüquq müdafiəçiləri Leyla və Arif Yunusa təzyiqi pislədilər
Hüquq müdafiəciləri - Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov və Mirvari Qəhramanlı aprelin 28-də Sülh və Demokratiya İnsitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Brüssel şəhərinə konfransa səfəri zamanı hava limanında saxlanılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.
Müraciətdə polis tərəfindən L.Yunus və A.Yunusa qarşı kobud və qeyri-etik davranışdan hüquq müdafiəçilərinin ciddi narahatlığı qeyd olunub.
Müraciətdə deyilir ki, Azərbaycanın 2014-cü ilin may ayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana nəzərdə tutulan səfəri, Avropa Şurası Baş katibi Tyorborn Yanqlandın Bakıya səfəri ərəfəsində Leyla Yunusun saxlanılması Azərbaycanda stabilliyi pozmaq istəyində olan xarici qüvvələrin əlinə ölkəmizi tənqid etməyə ciddi əsas verir.
Hüquq müdafiəçiləri AR prezidentindən Leyla və Arif Yunusa qarşı qanunsuz hərəkət etmiş və kobud davranmış, A.Yunusu ağır fiziki duruma gətirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edir, L.Yunusa qarşı olan şübhələrin istintaq orqanları tərəfindən obyektiv araşdırılmasını Prezidentin nəzarətdə saxlamasını xahiş edirlər. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz