Sosial şəbəkələr: müsbət və mənfilər
“Jurnalistlər Ekstremal Şəraitdə” (JEŞ) ictimai birliyi çərşənbə günü Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində “Virtual məkanda etik qaydaların pozulmasının qarşısının alınması yolları” adlı dinləmələr keçirib.
İnternetin və sosial şəbəkələrin artıq müasir insanların həyatının tərkib hissəsinə döndüyü qeyd edilib. Sosial şəbəkələrdə və ya virtual aləmdə insanların ünsiyyət dairəsinin real həyatda olduğundan geniş şəkil alması nəzərə çatdırılıb. Sosial şəbəkələrin artıq təkcə bir ünsiyyət vasitəsi yox, həm də informasiya mənbəyi olması vurğulanıb. Bu şəbəkələrin müsbət cəhətləri haqda danışılıb. İnsanların düşüncələrini paylaşdıqları, zaman itirmədən bir-birilə ünsiyyət saxlaya bildikləri nəzərə çatdırılıb.
Eyni zamanda, bu şəbəkələrdə baş verən neqativlərə də toxunulub. Ünsiyyət tərəflərinin bir-birini təhqirə məruz qoyması kimi hallar yaşandığı qeyd edilib. Bundan əlavə, təhqirlərin əsasən ictimai-siyasi, dini, məişət zəminli olduğu nəzərə çatdırılıb. Natiqlərə görə, belə təhqirlərin baş verməsinin əsas səbəblərindən biri insanların bir-birinin düşüncələrinə dözümsüz yanaşmasıdır. Digər tərəfdən insanların bir-birilə ünsiyyətdə mərhəmət hissindən uzaqlaşmasıdır. Belə təhqirlərin sosial şəbəkələrdə artması həm də şəxi cılızlıq və savadsızlığın nəticəsi kimi dəyərləndirilib. Bundan əlavə, virtual məkanın düşüncələrin bölüşməsi məkanından tədricən münasibətlərin ayırd edilməsi məkanına dönməsi nəzərə çatdırılıb. Çox zaman virtual məkanda baş verən mübahisələrin sonunda real məkanda qətl və xəsartələrlə başa çatması xatırladılıb. Belə halların get gedə artdığı bildirilib. Bununla yanaşı, sosial şəbəkələrdən insan alveri qurbanlarını “seçmək” üçün istifadə olunmasına diqqət çəkilib.
Dinləmələrdə bütün bu neqativlərdən qorunmağın mümkünsüz olduğu deyilib. Amma əsas vurğu başqaları ilə üsniyyətdə təhqirlərə yol verən şəxslərin “dostuq qrupları”ndan çıxarılması hesab edilib.
Bundan əlavə, uşaqların problemlərlə üzləşməmələri üçün internetdən istifadələrinə valideynlərin nəzarəti olması vacib sayılıb. Bir sıra saytların əlçatmaz olması üçün xüsusi “kod”a salınaraq qapadılması məqbul hesab edilib.
Bəzi natiqlərə görə isə, belə dözümsüzlüyün yaşanması ölkədəki ictimai-siyasi mühitlə bağlıdır. Belə ki, alternativ informasiya mənbəyi olmadığı üçün insanlar sosial şəbəkələrə narazılığını ifadə etmək məkanı kimi yanaşır. Həm də qeyd edilib ki, sosial şəbəkələr avtoritar və diktatura rejimləri olan ölkələrdə populyardır.
Demokratik ölkələrdə televiziyalar bütün informasiyaya açıq olduğu üçün bu ölkələrdə sosial şəbəkələrin populyar olmadığı vurğulanıb. Demokratik dəyərlər artdıqca sosial şəbəkələrin istifadə səviyyəsinin azalacağı kimi proqnoz verilib.
Bu da nəzərə çatdırılıb ki, dinləmələrdə səslənən təkliflərin paket halına salınaraq tədbir görülməsi üçün uyğun dövlət qurumlarına göndərilməsi nəzərdə tutulur. -05C-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz