Açiq mənbələrdən foto.
Karantin rejimini pozan 15 nəfər aktiv COVİD-19 xəstəsi saxlanılıb
Bakı/26.12.20/Turan: Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin pozulmasına qarşı mübarizə çərçivəsində dekabrın 25-də polis əməkdaşları yaşayış yerlərini tərk edən 15 nəfər aktiv COVİD-19 xəstəsini saxlayıblar. Onlardan 13–ü evə qaytarılıb, 2-i xəstəxanaya yerləşdirilib. Bu barədə DİN-in mətbuat xidməti məlumat verib.
Onlarla şəxslərin barəsində CM-in 139-1.1-ci (epidemiya əleyhinə, sanitariya-gigiyena və ya karantin rejiminin pozulması) maddəsi ilə cinayət işləri başlayıb.—06D-
-
- Cəmiyyət
- 26 Dekabr 2020 11:18
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz