Müsəlmanlar Qurban bayramını qeyd edirlər
Oktyabrın 26-da islam dünyasında Qurban bayramı qeyd olunur. Bayram Məkkəyə Həcc ziyarətinin başa çatması ilə üst-üstə düşür.
Qurani-Kərimə görə, məlaikə Cəbrayıl yuxuda İbrahim Peyğəmbərin yanına gələrək Allahın onun yeganə oğlu İsmayılı qurban verməsini istədiyini bildirir.
İbrahim hazırda Məkkənin yerləşdiyi Mina vadisinə yols düşür. Bunu bilən oğlu müqavimət göstərmir, çünki atasına və Allaha itaət edirdi. Lakin bu, bir sınaq idi. Allah İbrahimi mükafatlandırır və ona qurban kimi heyvan kəsməyə izn verir.
Bayram günü müsəlmanlar məscidlərə gedir, yaxınlarının, doğmalarının məzarını ziyarət edir, qurbanlıq hervan kəsirlər. Qurban əti yoxsullara və ehtiyacı olanlara paylanılır.
Oktyabrın 26-da Azərbaycanın məscidlərində bayram ibadətləri keçiriləcək. Ən çox qurbanın kəsildiyi yerlərdən biri Şüvəlan qəsəbəsində Mirmövsüm ağanın ziyarətgahıdır. Oradakəsilən heyvanın əti qocalar evlərinə, internat və uşaq evlərinə paylanılır. -02В-
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz