Müxalifətçinin oğlunun təhsil haqqı qaytarılacaq
Bakı/29.08.19/Turan: Bakı Dövlət Universiteti (BDU) Əhəd Həsənovun - Qarabağ müharibəsi əlili, siyasi məhbus - Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənovun oğlunun təhsil haqqını qaytaracaq.
Qarabağ müharibəsinin iştirakçısı və əlilinin oğlu kimi Əhəd Həsənov pulsuz təhsil almaq hüququna malikdir. Amma ali məktəbdə ondan atasının əlilliyini sübut edən sənədlərin olmaması bəhanəsi ilə təhsil haqqı ödəməyi tələb ediblər.
Ailə bu qanunsuzluğu ictimailəşdirmək məcburiyyətində qalıb. Bundan sonra hüquq-mühafizə orqanları Babək Həsənovun axtarış zamanı müsadirə edilmiş veteran vəsiqəsini qaytarıb.
Dünən fakultənin dekan müavini ailəyə zəng edib və bu sənədləri aldıqdan sonra 10 gün ərzində pulun qaytarılacağını bildirib. -21B-
-
- Cəmiyyət
- 29 Avqust 2019 18:24
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz