Almaniyalı deputat Avropa Parlamentində Qarabağın müstəqilliyi mövzusunu qaldırmaq istəyir
Bakı/08.19/Turan: Avropa Parlamentinin deputatı Martin Zoneborn cümə axşamı Dağlıq Qarabağda keçirilən mətbuat konfransında bildirib ki, Qarabağa 25 nəfərlik böyük nümayəndə heyəti, o cümlədən Almaniyalı jurnalist, yazıçı, professorlarla birlikdə gəlib.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində həyat yoldaşı Klaudia Tur-Sarkisyan da var, o, Qarabağ haqqında film çəkir. Filmin məqsədi dünyaya bu regionun müstəqil dövlət olmaq hüququ olduğunu göstərməkdir.
"Brüsselə qayıtdıqdan sonra növbəti qanunvericilik dövründə bu məsələni qaldırmağa çalışacağıq. Qarabağın öz müqəddəratını həll etmək hüququnu dəstəkləmək üçün buradayıq", deyə Ermənistan KİV-ləri Almaniyalı deputatdan sitat gətirir.
Zonneborn Azərbaycan XİN-in qara siyahısına düşməkdən çəkinmədiyinə eyham edib və növbəti dəfə 100 nəfərlik nümayəndə heyəti gətirməyi vəd edib. -02D-
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz