Pamirin ən yüksək zirvələrinə Azərbaycan ekspedisiyası başlayıb
İyulun 25-də axşam Azərbaycanın alpinizm üzrə yığma komandasının üzvləri Sirxan Məmmədov (rəhbər), Denis Leusov və Firuz Dadaşov tranzit reyslə Moskvadan Düşənbəyə yola düşüblər.
Daha bir iştirakçı – ötən həftə İbn Sina (keçmiş Lenin zirvəsi – 7131 m) zirvəsini uğurla fəth edən Rüfət Qocayev ayın 27-də ekspedisiyaya qoşulacaq.
Azərbaycan Alpinizm və Qayayadırmanma Federasiyasının prezidenti İsrafil Aşurlunun Turana verdiyi məlumata görə, ekspedisiyanın məqsədi Korjenevski (7105 m) zirvəsinə və Orta Asiyanın ən yüksək zirvəsi olan İsmail Samoni (keçmiş Kommunizm, 7495 m) zirvəsinə iki ardıcıl fəthin həyata keçirilməsindən ibarətdir.
Qeyd edək ki, hər iki fəth ən yüksək çətinlik dərəcəsinə (5 B) aiddir. Avqust ayı ərzində alpinistlərimiz məşq və iqlimə uyğunlaşmaq məqsədilə 6500 m yüksəklikdəki buz yaylasına bir neçə çıxış həyata keçirəcəklər. Bundan sonra növbə ilə hər iki zirvəni fəth edəcəklər.
Ekspedisiya Rusiyada Azərbaycan Gənclər Təşkilatının, Heydər Əliyev Fondunun nümayəndəliyinin və Azərbaycan Alpinizm Federasiyasının Azərbaycan tarixində məşhur insanların xatirəsinə həsr olunmuş birgə layihəsinin davamıdır.
Əvvəlki iki fəth Azərbaycan mədəniyyətinin məşhur nümayəndələrinin yubileylərinə - Mirzə Fətəli Axundovun 200 illiyinə və maestro Niyazinin 100 illiyinə həsr olunmuşdu.
Ekspedisiya Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
Bu gün Azərbaycanın Düşənbədəki səfirliyi yığma komandanın üzvlərini qəbul edib, onlar diplomatik missiyaya ekspedisiyanın məqsəd və vəzifələri haqqında məlumat veriblər. -02В-l
-
- İqtisadiyyat
- 26 İyul 2012 16:47
-
- Cəmiyyət
- 26 İyul 2012 19:12
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz