"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə çıxıb
Bakı/29.08.19/Turan: Azərbaycanın "Qarabağ" klubu öz meydanında keçirilən oyunda Şimali İrlandiyanın "Linfild" komandasına 2:1 hesabı ilə qalib gələrək, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Birinci oyunda Ağdam klubu 2:3 hesabı ilə məğlub olmuşdu.
Oyunun 6-cı dəqiqəsində "Qarabağ" klubunun ispaniyalı legioneri Hayme Romero çoxgedişli kombinasiyasını uğurla bitirərək, hesabı açıb.
Bütün oyuna nəzarət edən Azərbaycan çempionu çox sayda qol imkanından yararlana bilməyib. Oyuna nöqtəni "Qarabağ"ın yarımmüdafiəçisi Abdulla Zubir qoyub. O, Qara Qarayevdən dəqiq uzun ötürmə alaraq, rəqibin qapıçısı ilə təkbətək qalıb və onu aldadaraq topu boş qapıya göndərib.
Şimali İrlandiyalılar əlavə edilmiş ikinci dəqiqədə Şeyn Leyverinin qolu ilə hesabdakı fərqi azaldıblar.
"Qarabağ" tarixi boyunca ardıcıl olaraq altıncı dəfədir Avropa kuboklarının qrup mərhələsinə keçir. Bundan əvvəl Azərbaycan çempionu 1 dəfə Çempionlar Liqasının qrup mərhələsində və 4 dəfə Avropa Liqasında oynayıb.
Qrup mərhələsinin püşkatma mərasimi avqustun 30-da keçiriləcək. -71D-
-
- Cəmiyyət
- 29 Avqust 2019 18:24
-
- Foto sessiyalar
- 30 Avqust 2019 10:48
Cəmiyyət
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
-
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
-
Milli Hidrometeorologiya Xidməti 16 yanvar üçün hava proqnozunu açıqlayıb. Proqnozda ölkə ərazisində müxtəlif hava şəraitinin müşahidə ediləcəyi bildirilib.
Rəy yaz