"Qarabağ"ın rəqibləri İspaniya, Kipr və Lüksemburqdan olacaq

Bakı/30.08.19/Turan: Bu gün Monakoda keçirilən püşkatma mərasimində Avropa Liqasının qrup mərhələsində "Qarabağ" (Ağdam) FK-nin rəqibləri müəyyən edilib.

Azərbaycan komandası A qrupuna düşüb, bu qrupda klubun rəqibləri "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Dyudelanj" (Lüksemburq) olacaq.

Xatırladaq ki, "Qarabağ" bu sezonda artıq Çempionlar liqasının üçüncü təsnifat mərhələsində Kipr komandası ilə görüşüb və iki görüşün yekunlarına görə onlardan geridə qalıb (2:1, 0:2).

Həmçinin, lüksemburqlular bu sezonda Avropa Liqasının pley-off mərhələsində "Ararat-Ermənistan"a qalib gəliblər.

Qrup mərhələsi sentyabrın 19-da start götürür. Növbəti oyunların keçiriləcəyi tarixlər 3 və 24 oktyabr, 7 və 28 noyabr, 12 dekabrdır. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti