Qırmızı Xaç Komitəsinin nümayəndələri əsir düşmüş Azərbaycan əsgərinə baş çəkməyiblər
İyulun 26-da erməni əsirliyinə düşmüş Azərbaycan əsgəri Firuz Fərəcovun taleyi barədə hələlik heç bir məlumat yoxdur. Onun doğmaları Hərbi əsirlərin, Girovların və İtkin Düşmüşlərin İşləri üzrə Dövlət Komissiyasında və BQXK-nin Bakı ofisində olublar.
Bu qurumlarda hələlik əsgərin əsir düşməsindən başqa heç bir məlumat yoxdur. Müdafiə Nazirliyinin versiyasına görə, o, “yolunu azıb”.
Bununla belə, əsgərin doğmaları Turana bildiriblər ki, iyulun 24-də Fərəcov atası ilə telefonda danışıb, heç nədən şikayət etməyib, hər şeyin qaydasında olduğunu bildirib. Bazar günü əsgərin doğmaları hərbi hissədə ona baş çəkməyi planlaşdırırdılar.
Fərəcov bu ilin aprelində orduya çağırılıb. Çağırışdan sonra əməliyyat olunub və iyulun əvvəllərində hərbi hissəyə qayıdıb və demək olar ki, dərhal posta qoyulub.
Fərəcov Ermənistanla sərhəddə Tovuz rayonunun hərbi hissələrindən birində xidmət edirdi. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz