Açiq mənbələrdən foto.
Sərhədçilər İrandan narkotik maddə qaçaqmalçılığının qarşısı alıblar
Bakı/22.06.23/Turan: İyunun 21-də axşam saat 22.20-yə yaxın "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan narkotik maddə qaçaqmalçılığı cəhdinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Sərhəd naryadı “dayan” tələbinə və atəş açılması barədə xəbərdarlığa məhəl qoymayan sərhəd pozucularına qarşı silah tətbiq edib.
Sərhəd pozucuları əllərində olan paketləri ataraq İran istiqamətində gizləniblər.
Sərhəd-axtarış tədbirləri zamanı ərazidə ümumi çəkisi 12 kiloqram 760 qram narkotik maddə, o cümlədən 10 kiloqram 705 qram marixuana, 2 kiloqram 55 qram tiryək aşkar edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam edir.06В
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz