Kolaj
Sinoptiklər bazar günü havanın buludlu və küləkli olacağını proqnozlaşdırır
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 7-11 dərəcə isti olacaq, xəbəri Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yayıb.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var.
Bəzi yerlərdən duman olacağı gözlənilir. Mülayim qərb küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz