Talış jurnalının redaktoru �Sədərək� Ticarət Mərkəzində təzyiqlərdən gileylənir
Bakı/26.02.19/Turan: Azərbaycan və talış dillərində dərc olunan "Aləm" jurnalının baş redaktoru, şair Vüqar Xəmati "Sədərək" ticarət mərkəzindəki mağazasının əsassız bağlandığını bildirib.
O hesab edir ki, bu, onun sosial şəbəkələrdə "Sədərək" TM-də oxucuların "Aləm" jurnalı ilə fotoşəkillərini yayması ilə bağlıdır.
O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, fotoşəkillər fevralın 22-də çəkilib və elə həmin gün o, şəkilləri Facebook-da paylaşıb. Növbəti gün onun "Şirniyyat" sektorundakı mağazası guya icarə haqqını ödəməməsi bəhanəsi ilə bağlanıb. Qapıda bildiriş olmasına baxmayaraq, Xəmati mağazanı açıb və bir müddət sonra polis əməkdaşının və mühafizə xidməti əməkdaşlarının müşaiyəti ilə onu "Sədərək" TM-in administrasiyasına aparıblar.
O, borcu olmadığını sübut etdikdən sonra onu buraxıblar, amma bir neçə saat sonra TM-in hüquq şöbəsinə çağırıblar.
"Orada Azər adlı şöbə rəisi və daha bir neçə nəfər var idi. Onlar məni Fəxrəddin Abbasovla (Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarına görə barəsində axtarış elan olunub), Əlikram Hümmətovla (separatçı "Talış Muğan Respublikası"nı elan etdiyinə görə mühakimə edilib) əlaqələrim barədə dindiriblər. Həmin anda başa düşdüm ki, mağazanın bağlanması "Aləm" jurnalı ilə bağlıdır. Dedim ki, bu insanlarla heç bir əlaqəm yoxdur. Ümumiyyətlə onların baxışlarını pisləyirəm. Mən Azərbaycan dövlətçiliyinin, çoxmədəniyyətli Azərbaycanın tərəfdarıyam", deyə Xətami bildirib.
Fevralın 24-də o, işi davam etdirib. Amma ayın 25-də o, yenidən hüquq şöbəsinə dəvət edilib.
"Bu dəfə çəkə guya sənədlərim qaydasında olmadığına və mağaza mənim adıma olmadığına görə irad bildiriblər. Notarius tərəfindən təsdiq edilmiş 2041-ci ilə qədər obyektdən istifadə üçün etibarnaməni gətirdikdə isə hüquq şöbəsinin müdiri məsələnin icarə ilə baglı olmadığına eyham edib. İşi davam etdirə bilməyim üçün yuxarıdan qərar lazımdır", deyə Xəmati bildirib.
Xəmati qeyd edib ki, hələlik dövlət orqanlarına şikayət etməyib.
"Aləm" jurnalı 2016-cı ildən Xəmatinin şəxsi vəsaiti hesabına hər rübdə bir dəfə 200 nüsxə tirajla buraxılır.
Onun sözlərinə görə, jurnalda talış dili, mədəniyyəti, digər xalqların dilləri haqqımda materiallar dərc olunur. "Jurnalımız Azərbaycançılıq, ölkəmizin çoxmədəniyyətliliyi ideyalarına əsaslanır", deyə Xəmati qeyd edib.
"Sədərək" Ticarət Mərkəzindən şərh almaq mümkün olmayıb. Bazarın Facebook səhifəsində verilmiş telefon nömrəsi işləmir. -06B--
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz