
Kərim Qulamov
Bakı/18.07.22/Turan: Ukraynada gedən müharibədə Azərbaycan əsilli əsgər həlak olub.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz Facebook səhifəsində yazıb.
Səfir qeyd edib ki, Kərim Qulamov Ukraynanın M2 telekanalında aparıcı kimi tanınırdı.
"Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu vətənini müdafiə etmək üçün ayağa qalxmışdı...", deyə səfir qeyd edib.
Azərbaycan diasporasındakı mənbələrin məlumatına görə, Ukraynanın müstəqilliyi uğrunda döyüşlərdə 20-yə yaxın etnik azərbaycanlı həlak olub. 16D06
Rəy yaz