Yəhudi məktəbinə qarşı terror aktının hazırlanmasında ittiham olunan şəxslər mühakimə edilib
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşlara qarşı terror aktlarının hazırlanmasında ittiham olunan üç nəfərin işi üzrə proses başa çatıb. Məhkəmə Rasim Əliyevi 14 il, Əli Hüseynovu 13, Rauf Abdullayevi 8 il müddətinə azadlıqdan məhrum edib. Onlar CM-in 277-ci (ictimai xadimlərə sui-qəsdlərin hazırlanması),
206.3.2 (odlu silah qaçaqmalçılığı) maddələri ilə ittiham olunur.
MTN bu ilin yanvarında həmin şəxslərin həbsi barədə məlumat verib. Hazırlanmaqda olan terror aktlarının əsas iştirakçısı Dadaşov Balaqardaş İranın Ərdəbil şəhərində gizlənir. O, banditizm, adam oğurluğu, qarət və İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq barəsində axtarış elan edilib.
İstintaqın versiyasına görə, baş tutmayan terror aktlarının təşkilatçısı Dadaşov olub. O, qrup üzvlərini silah və digər lazım olan vasitələrlə təchiz edib. AzTV dövlət kanalı ilə göstərilən süjetdən belə nəticəyə gəlmək olar ki, nəzərdə tutulan hücumların obyekti Bakıda yəhudi məktəblərinin müəllimləri olub. –06D-
-
- İqtisadiyyat
- 27 Sentyabr 2012 12:30
-
- Cəmiyyət
- 27 Sentyabr 2012 12:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz