Barak Obamadan Türkiyəyə müdaxilə istədilər
ABŞ-da ziyalı və siyasətçilədən ibarət bir qrup prezident Barak Obamaya Türkiyənin iç işlərinə müdaxilə etməsilə bağlı müraciət ünvanlayıb.
Aralarında Mixail Rubin və ABŞ-ın keçmiş Ankara səfri Eriç Edleman kimi şəxslərin olduğu 80 nəfər B.Obamaya Ərdoğanın rəhbərlik tərzinə və yürütdüyü siyasətə qarşı çıxmasını və müdaxiləsini istəyiblər.
Müraciətdə baş nazir Ərdoğanın “Gezi parkı” olaylarına, 17 dekabr “korrupsiya və rüşvət əməliyyatı”na cavab tərzindən doğan narahatlıqlar nəzərə çatdırılır. Müəlliflər narahatlıqlarını “Türkiyədə mükəmməl olmayan demokratiyanın bir avtoritarlığa döndərilməsi təhlükəsi olması” iddiası ilə ifadə ediblər.
Bundan əlavə müraciətdə ABŞ hökumətinə təşəbbüs göstərərək Türkiyənin hüquq-mühafizə orqnalarında, habelə “Hakim Prokurorlar Ali Şurası”nda etdiyi kütləvi dəyişikliklərə görə narazılıq ifadə olunur və bu sırada internetə məhdudiyyətlər qoyulması da yaddan çıxmır.05D-
-
- Siyasət
- 20 Fevral 2014 18:13
-
- Mədəniyyət
- 20 Fevral 2014 18:54
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz