Cübbeli Ahmet Hoca: Bunlar çox böyük namussuz və şərəfsizdirlər
Türkiyənin tanınmış din xadimlərindən olan Cübbeli Ahmet Hoca İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının davranışını islam dini və əhli-sünnə məzhəbinə zidd adlandırıb.
“Bunları əhli-sünnə adlandırmaq olmaz. Əhli-sünnə bir qaışqanı belə əzməz. Bunlar “cihad edir, mücahiddir, şəhiddir” deyə düşünməyin. Səmimi şəkildə bildirirəm ki, belə düşünsəniz, həlak olarsınız, o yolda ölməyin şəhidliklə heç bir əlaqəsi belə yoxdur”, - deyə Cübbeli Ahmet Hoca İŞİD terroçularının kimliyini ortaya qoyub.
“Bunlar xəvariclərin davamı, cəhənnəm köpəkləridir, Həzrəti Əlini belə guya Allaha xatir öldürdüklərini iddia edənlərin davamçılarıdır, təkfirçidirlər, ən böyük özəllikləri isə müsəlmanlara “kafir” damğası yapışdırmaqdır”, - deyə Cübbeli Ahmet Hoca İŞİD terrorçularını ittiham edib.
“Bunlar çox böyük namussuz və şərəfsizdirlər, bunlarda həya deyilən bir şey yoxdur. Millətin arvadını, qızını cariyə hesab edirlər, “biz mücahidik, bu yoldayıq” deyə hər cür namssuzluğa əl atırlar”, - deyə Cübbeli Ahmet Hoca İŞİD terrorçu qruplaşması müftilərinin “Maliki rejiminə bağlı polislərin, əsgərlərin arvad və qızlarını İŞİD terrorçularına halal sayması” haqda fətvasına münasibət bildirib. -05D-
-
- Siyasət
- 24 İyun 2014 17:46
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz